"Milyonçu" kişi iş axtaran qadının başına oyun açdı - BAKIDA

"Milyonçu" kişi iş axtaran qadının başına oyun açdı - BAKIDA"Milyonçular məhəlləsi"nin sakini ilə sosial şəbəkədə tanışlıq qadına baha başa gəldi
Sosial şəbəkədə ev işləri görmək təklifi ilə əlaqədar elan yerləşdirən qadın özünü "milyonçular məhəlləsi"nin sakini kimi təqdim edən gənclə tanış olur. Həmin gənc ev yığışdırmaq bəhanəsi ilə qadını özünün də düz-əməlli tanımadığı əraziyə aparır. Oradaca "qurban"ının əlindəki planşeti və pul kisəsini götürərək aradan çıxır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı Bakı şəhər sakini Elşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Elşad Məhərrəmov 21 sentyabr 2016-cı ildə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 13 saylı evin qarşısında Fərqanə Abdullayevanın əlindəki planşeti və pul kisəsini zorla onun əlindən alıb. Qadın müqavimət göstərərək, telefonu vermək istəmədikdə onu yumruqla vurub. F.Abdullayevanın qışqıraraq köməyə adam çağırdığını görüncə isə, dərhal qaçaraq hadisə yerindən uzaqlaşıb.

F.Abdullayevaya 179 manat ziyan vuran, ona qarşı soyğunçuluq edən E.Məhərrəmov ertəsi gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Elşad Məhərrəmov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Fərqanə Abdullayeva ilə odnoklassniki.ru sosial şəbəkəsində tanış olduğunu göstərib. Qadını yaxından tanımaq istədiyini, görüşmək niyyətində olduğunu desə də, sosial şəbəkəyə ev işləri görmək təklifi ilə daxil olan qadın razılaşmayıb. Qısacası, yalnız işlə bağlı görüşə biləcəyini deyib. Belə olan təqdirdə Elşad qadına yalandan Bakıxanov qəsəbəsində "milyonçular məhəlləsi"ndə evi olduğunu, həmin evdə təmizlik işlərinin görülməsini təklif edib.

"Evi göstərmək üçün axşam saatlarında "Neftçilər" metro stansiyasının yaxınlığına görüş təyin etdim. Əlində telefon və planşet vardı. Onları ələ keçirmək üşün piyada getməyi təklif etdim. Qəsəbədəki fərdi evlərin yerləşdiyi əraziyə gəldik. Evlərdən birinin qarşısında dayandıq. Telefonun fənəri ilə qapıya işıq salmaq istədiyimi dedim, amma Fərqanə telefonu vermədi. Telefonla planşeti dartdım, Fərqanə büdrəyib yıxıldı, qaçıb getdim. Bir qədər aralandıqdan sonra ələ keçirdiyim əşyalardan birinin planşet, digərinin pul qabı olduğunu gördüm. Pul qabının içində cəmi 5 manat vardı. Ertəsi gün polis əməkdaşları evə gələrək məni bölməyə apardılar. Hadisə zamanı Fərqanəni vurmamışam", - təqsirləndirilən deyib.

Zərərçəkmiş qismində dindirilən Fərqanə Abdullayeva ifadəsində özünə iş tapmaq üçün internetə daxil olduğunu, ona ev işləri görməyi təklif edən, adının Eduard olduğunu deyən şəxslə ötən ilin sentyabr ayının 21-də görüşdüyünü göstərib:

"Eduardla görüşdük, piyada yolla Bakıxanov qəsəbəsindəki fərdi evlərin yerləşdiyi əraziyə gəlib çıxdıq. Eduard məndən telefonun fənərindən istifadə etmək istədiyini dedikdə şübhələndim, vermədim. O, planşeti, pul qabını dartıb əlimdən aldı. Telefonu vermədikdə yumruqla alnıma, gözümə zərbələr endirdi. Yerə yıxılsam da, telefonu əlimdən buraxmadım. Qışqırıb köməyə adam çağıranda Eduard qaçıb getdi. Sonradan bildim ki, özünü Eduard kimi təqdim edən şəxsin adı əslində Elşad Məhərrəmov imiş. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edirəm".

Məhkəmənin hökmü ilə Elşad Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 2161   Tarix: 02 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

turlar.az

qadın geyimi geyim şəkilləri hamiləlik aciq cinsi elaqe yay donlari 2026 janrlar kompot kosmetika video xanim.az layla vətənə aid insan