Min bir dərdin dərmanı - Bəhməzin bilmədiyiniz faydaları

Min bir dərdin dərmanı - Bəhməzin bilmədiyiniz faydalarıOnlarla növü olan bəhməz şəkərsiz təbii quruluşuyla şəfa qaynağıdır. Elə isə, hansı bəhməz növünün nələrə faydalı olduğunu bilirsinizmi?
Keçibuynuzu bəhməzi
Keçibuynuzu bəhməzi qansızlığa qarşı ən yaxşı və ən təsirli vasitədir. Dadı ağır olduğu üçün ləzzətlə yeyilməyə bilər. Lakin faydaları bitib-tükənməzdir. Məsələn:
- Cinsi gücü artırır. Eyni zamanda, sperma sayını artıran xüsusiyyəti var. Uşaq problemi yaşayan cütlüklərə yemək təklif edilir.
- Ürəyi dəstəkləyir.
- Xolestrolu aşağı salır və təzyiqi tarazlayan təsiri var.
- Bədəni gücləndirir. Sizi daha enerjili hala gətirir.
- Dişlər üçün dərmandır. Dişlərinizdə problem varsa, mütləq keçibuynuzu bəhməzindən dadın. Dişləri və diş ətlərini qidalandırır.
- Qansızlıya qarşı ön qoruyucudur.
- Sümükləri gücləndirən xüsusiyyəti var. Çünki kalsium anbarıdır.
- Çoxları bu faktdan xəbərsizdir. Keçibuynuzu bəhməzi bağırsaqları işlədən xüsusiyyətə malikdir. Bu isə arıqlamaq və artıq çəkidən xilas olmaq üçün çox yaxşı vasitədir.
- Zülal dəyərləri baxımından çox faydalıdır. Bu xüsusiyyəti baxımından xüsusən uşaqlar və hamilə qadınlar xüsusilə yeməlidirlər.
- Tərkibinə kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis, sink mineralları daxildir.
- Ağciyər xəstəliklərinə qarşı da keçibuyunuzu bəhməzi təklif edilir.
Küknar bəhməzi
İnsanlar arasında çox da tanınmayan bəhməzin bu növü küknar ağacının meyvəsindən, yəni qozasından hazırlanır. Xüsusən allergiya, babasil, qaşıntı, saç tökülməsi, sədəf xəstəliyi, gut (bağırsaq xəstəliyi), uşaqlarda öskürək, yetkinlərdə sidik saxlamama kimi bir çox problemlərin dərmanıdır. Tərkibindəki əsas yağ turşuları sayəsində antioksidan xüsusiyyətə malikdir. Küknaz bəhməzinin dadı bir az acı olsa da şəfa qaynağıdır. Uşaqlara səhər və axşam bir çay qaşığı, yeniyetmələrə isə səhər və axşam bir xörək qaşığı udmaq məsləhətdir.
Küknar bəhməzi bənzəri olmayan öskürək dərmanıdır. Keçməyən inadçı öskürəkləri anında yox edir. Digər faydalarını bu cür sıralamaq olar:
- Saç tökülmələrinin qarşısını alır.
- Ağızda olan yaraları aradan qaldırır.
- Hərarətsalıcı xüsusiyyətə malikdir.
- Bəlğəm qovucudur və bronxitə çox yaxşı təsir edir.
- Qanı təmizləyir. qaraciyəri qoruyur.
- Dalağı qoruyan xüsusiyyətə malikdir.
- Allergiya, qaşıntı və eqzema, sədəf xəstəliyinə çox faydalıdır.
- Ürəyi və damarlarını qoruyur.
- Bədənimizdə yığılan toksinlərin xaric olunmasına kömək edir.
- Bağırsaq sistemi üçün olduqca faydalıdır. Xüsusilə, bağırsaqda yaranan parazitləri təsirsiz hala gətirir, ishal və babasil meydana gəlməsinə mane olur.
- Sidik yolları üçün mükəmməl şəfalı bitkidir. Sidik yollarında yaranan iltihabı təmizləyir. Bununla yanaşı sidik tutulması və böyrək daşlarına yaxşı təsir edir.
- Yaşlı insanlara sidik saxlamama problemi üçün çox faydalıdır.
- Küknar dəri üçün də olduqca şəfalı bitkidir. Krem halına gətirərərk dəridə yaranan çibanlar və ya iltihablara sürtükdə fyadasını görərsiniz.
Tut bəhməzi
Tut bəhməzi ən çox tanınan, bişirlən və istifadə edilən bəhməz növüdür. Tut təmizləyici xüsusiyyəti səbəbindən xüsusi şəfa qaynaqlarına malikdir. Bu bəhməz də möcüzələr anbarıdır. Elə isə, faydalarını sadalayaq:
- Qan azlığı problemi olanlar mütləq yeməlidir. Çünki tut bəhməzi digər bəhməz növləri kimi bir nömrəli qan yaradan təbii maddədir.
- Mədə xəstəlikləri, xüsusilə də xoraya qarşı tut bəkməzi çox yaxşı vasitədir.
- Astma və bronxit xəstəliklərinə qarşı rahatlaşdırıcı təsiri var.
- Soyuğa və soyuqdəyməyə qarşı tut bəhməzi yeyin. Bədən müqavimətini və bədən istiliyini artıran xüsusiyyətə malikdir.
- İdmançılar üçün enerji qaynağıdır.
- Uşaqların böyüməsi və inkişafına kömək edir.
- Uşaqların zəka inkişafına qatqısı böyükdür.
- İki yemək qaşığı - 20 qram bəhməz insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium və enerji ehtiva edir.
- Tut bəhməzi ilə qarqara etdikdə ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur.
- Uşaqlarda tez-tez rast gəlinən ağızda pambıq yarası xəstəliyinə qarşı faydalı təsiri var.
Xurma bəhməzi
Çox da populyar olmayan xurma bəhməzi bir şəfa mənbəyidir. Faydalarını bilsəniz, siz də belə düşünərsiniz.
- Ürək və damar xəstəlikləri riskini azaldan təsiri var.
- Xurma bəhməzi uzun müddət ac qaldıqda meydana gələn halsızlığın öhdəsindən gəlməyə qadirdir.
- İdman edənlər üçün enerji içkisi vəzifəsini yerinə yetirir.
- Zehnin və bədən inkişafına kömək olur.
- Quru öksürəyin qarşısını alır.
- Boğaz ağrısını aradan qaldırır.
- Bronxit və soyuqdəyməyə qarşı təsirlidir.
- Xərçəngə qarşı bitki mənşəli həll yoludur. Sizi xərçəngə qarşı qoruyar.
Qara tut bəhməzi
- Sidik sökdürücü təsiri var.
- Mədəni qüvvətləndirir. Xüsusilə, xora problemi olanlar üçün tövsiyə edilir.
- Bronxit və öskürəyi aradan qaldırmağa kömək olur. Sinə ağrılarını aradan qaldırır.
- Kökəlməyə kömək edir. Qan bərpaedicidir.
- Körpəsini əmizdirən analarda süd artırmaq üçün kömək edər.
- Tərkibində olan yüksək vitamin və mineral sayəsində diş və diş ətləri üzərində çox müsbət təsirləri var.
Üzüm bəhməzi
Üzüm bəhməzi tut bəhməzi qədər məşhurdur. Faydaları ilə tanış olun.
- Bədəninizdəki qan miqdarını artırır.
- Təbii bir enerji anbarıdır.
- İştah açır.
- Hamiləlik dövründə və körpə inkişafında çox təsirlidir. Mütəxəssislər bu dövrlərdə istifadə olunmasını təklif edirlər.
- Mədə, bağırsaq və böyrəklərinizi qüvvətləndirər.
- Damar sərtliyinə qarşı qoruyucudur.
- Qan dövranını rahatlandırır. Stressi azaldır.
Bəhməzdə nə qədər kalori var?
Tut bəhməznin kalorisi: 300
Üzüm bəhməzinin kalorisi: 242
Küknar bəhməzinin kalorisi: 270
Aile.lent.az

Sağlamlıq     Baxılıb: 4314   Tarix: 21 noyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

makiyaj etmek qaydalari gözəllik məhsulları qadin dunyasi müxtəlif süni qidalar turşu resepti tutun faydalari kosmetika veten haqqinda atalar sozleri klitor ginekoloq nizami gəncəvi oğlan evine aid hakisda