Miokard infarktı zamanı ağrı hansı nahiyələrdə olur? - Uzman kardioloqdan cavab

Miokard infarktı zamanı ağrı hansı nahiyələrdə olur? - Uzman kardioloqdan cavab"Miokard infarktının erkən ağırlaşmaları infarktın ilk saatları və günlərində baş verir".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Həkimin sözlərinə görə, gecikmiş ağırlaşmalara isə infarktdan sonrakı stenokardiya, durğunluq, ürək çatışmazlığı, sol mədəciyin xroniki anevrizması daxildir.
"Ağırlaşmış mərhələdə olan miokard infarktı zamanı sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə ağrılar yayılır. Ağırlaşmalar miokard infarktının gedişini də ağırlaşdırır.
Miokard infarktının ağırlaşmaları zamanı ilk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstrasistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər".
O, bildirib ki, durğun xırıltılar, ağciyər ödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur. Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin perikard boşluğuna qansızmaya səbəb ola bilər.
Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.
"Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır", - deyə uzman həkim əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 969   Tarix: 27 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Enerji içkisi sevənlər oxusun

"Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər". qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri stomatolo

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Bir stəkan çay müalicəni puç edə bilər

Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. -a istinadən xəbər verir ki, bu barədə saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Eksper

turlar.az

gozel gorunmek kosmetoloq geyim və ayaqqabılar nişan geyim modelləri əqrəb bürcü qadın sağlamlığı suni mayalanma ziyani kosmetika baldiz efsaneler maska novruz hakistalari babasil