Mixək çeynəməyin sağlamlığa faydaları – iltihabdan xərçəngə qədər
Mütəxəssislər sübut edirlər ki, mixəyi acqarına çeynəmək effektli terapevtik təsir edir, iltihabdan və hətta xərçəngdən qoruyur.
Saglamolun.az Rai Al Youm nəşrinə (Böyük Britaniya) istinadla bildirir ki, ekspertlərin sözlərinə görə, mixək ağız suyunun ifrazını, bağırsaqların hərəkətliliyini artırır və bununla da həzm proseslərini yaxşılaşdırır, "tənbəl bağırsaq" sindromu zamanı yardım edir.
Bundan əlavə mixək mədə qıcqırması və köpdən də azad edir.
Həmçinin mixəyi çeynəmək hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlar üçün çox faydalıdır. Təzyiqin düşməsi zəiflik, süstlülk, baş gicəllənməsi, tonusun və konsentrasiyanın azalması kimi xoşagəlməz simptomlarla müşayiət olunur. Mixek bu simptomları azaldır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Tərkibində olan efir yağları sayəsində mixək həm də güclü iltihableyhinə təsirə malikdir - ağız boşluğu, udlaq, boğaz və damaqlarda iltihabları azaldır, pis ağız qoxusundan xilas edir.
Mixəyin tərkibində olan evgenol maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngidir.
"Acqarına 1 və ya 2 mixək çeynəyin. Bunu müntəzəm edən insan özünü daha yaxşı hiss etməyə başlayacaq", - mütəxəssislər qeyd edir.
Lakin nəzərə almaq lazımdır ki, hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlara mixək ziyna vura bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi