MÖCÜZƏVİ VİTAMİN-Qırışları aparır, saçları, dırnaqları uzadır: BELƏ İSTİFADƏ EDİN

MÖCÜZƏVİ VİTAMİN-Qırışları aparır, saçları, dırnaqları uzadır: BELƏ İSTİFADƏ EDİNE vitamini bədənin bəzi funksiyaları üçün vacib rol oynayan bir mikro-qida maddəsidir. Sadəcə güclü bir antioksidan deyil, eyni zamanda immunitet sistemini gücləndirir, sağlam saç və dəri qulluğunda faydalıdır. E vitamini kəpəkli taxıllar, toxumlular, fındıq, Hindistan qozu yağı, zeytun yağı, avokado və yaşıl yarpaqlı tərəvəzlər daxil olmaqla müxtəlif qidalarda var. Bu qidaları yemək və sağlam bir qidalanma tarazlığı yaratmaq, saçlar və dəri üçün gözlə görüləcək qədər dəyişiklik əldə etmək istəyirsinizsə, E vitamini həbləri və yağından istifadə edin.

1. Qırışlarla mübarizə aparır

E vitamini qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizədə böyük rol oynayır. Güclü bir antioksidan kimi bədəndəki hüceyrə oksidləşməsi səbəbindən yaranan ziyanı aradan qaldırmağa kömək edir. E vitamini yağı yaşlanma müddətində böyük rolu olan bədəndəki sərbəst radikalların qarşısını almaq üçün fəaliyyət göstərir. Yüksək miqdarda C vitamini ilə kombinə edildikdə isə E vitamini təbii günəşdən qoruyucu təsirə malik olur və yaşlanmanı gecikdirir, dəri xərçəngindən qoruyur.

Faydalanmaq üçün

E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, gecələr yatmazdan əvvəl dərinizə E vitamini yağı, Hindistan qozu yağı və ya zeytun yağı sürtün. Səhər oyandığınız zaman məsamələrinizin tıxanmasınının qarşısını almaq üçün duş qəbul edin və ya üzünüzü yuyun.

2. Saçları uzadır

E vitamini qan damarlarını genişləndirir, dolayısı ilə saç dərisi və köklərinə daha sağlam təsir edir. Bu da saçların daha sağlam olması və tez uzanmasına kömək edir. Bundan əvvəl qeyd etdiyimiz kimi, eyni zamanda güclü bir antioksidan olan E vitamini ziyan dəymiş saç köklərinin yenilənməsinə kömək edir və saçların vaxtından tez ağarmasına mane olur.

Faydalanmaq üçün

E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, saça qulluq vasitələrinizə zeytun yağı və Hindistan qozu yağı ilə E vitamini əlavə etsəniz və bu qarışıqla saç köklərinizi masaj etsəniz, saçlarınız parlaq olacaq və tez uzanacaq. Bu qarışığı 30 dəqiqə saçlarınızda saxlayın və sonra yuyun.

3. Quru dərini yumşaldır

E vitamini quru və korlanmış dəri üçün ən yaxşı nəmləndiricilərdən biridir, xüsusən də əllər üçün. Bu mikro-qida antioksidan gücü ilə dərini elastik saxlamağa kömək edir və çatlamasının qarşısını alır.

Faydalanmaq üçün

E vitaminli qidalar yeyin. Bununla yanaşı, bədən lasyonunuzun içərisinə E vitamini qatın, gecə yatmazdan əvvəl və səhərlər istifadə etsəniz, yaxşı nəticələrini görərsiniz.

4. Çatlayan dodaqlara yaxşı təsir edir

Xüsusən həddən çox günəş, külək və soyuq havaya məruz qalan dodaqlar quruyur və çatlayır. E vitamini bu problemə güclü təsir edir.

Faydalanmaq üçün

Zərər görmüş hissəyə E vitamini yağı və ya E vitamini kapsulundan bir az sürtün.

5. Yara və çat izlərini azaldır

Hamiləlik və ya ani olaraq çəkinin artıb-azalması səbəbindən gözlə görülən və görülməyən çat izləri qadınların özlərinə güvən hissini azaldır. E vitaminin faydalarından biri də bu izləri görünməz hala gətirməkdir. E vitamini dərinin nəmlənməsini təmin edir və zədələnmiş hüceyrələrin yenilənməsini sürətləndirir. Güclü antioksidan təsiri ilə kallogen lifləri sərbəst radikallardan qoruyur.

Faydalanmaq üçün

E vitamini yağını zərər dəymiş dəriyə sürtün və 10-15 dəqiqə masaj edin. Təsirini artırmaq üçün zeytun yağı, Hindistan qozu yağı və ya limon suyu ilə qarışdırın. Bunu iki dəfə təkrara edin və hər dəfə 20-30 dəqiqə sonra yağ sürtdüyünüz yeri yuyun.

6. Dırnaqları uzadır

Qırılan dırnaqlar əsasən yaşlanma müddətinin bir hissəsidir. Eyni zamanda göbələk infeksiyası və bəzi digər xəstəliklərdən dolayı da baş verə bilər. E vitamini qırılan dırnaqlar üçün yaxşı dərmandır, nəmləndirici və elastikliyi artırmaq üçün kömək edir. E vitamini yağını davamlı olaraq istifadə etmək çatlama və qırılma riskini azaldır.

Faydalanmaq üçün

Yatmazdan əvvəl dırnaqlarınıza sürtün, 10-15 dəqiqə masaj edin. Həftədə bir neçə dəfə ilıq suya qatacağınız E vitamini yağı, zeytun yağı və Hindistan qozu yağı da bu problemi aradan qaldırmağa kömək edər.

7. Dəri iltihabına yaxşı təsir edir

Qızartı, dəridə yanma və şişmə hissi ilə xarakterizə edilən dəri iltihabları E vitamininin antioksidan təsiri ilə azala bilər. Yatmazdan əvvəl infeksiya olan hissəyə sürtün, səhəri gün yuyun. Simptomlar birdəfəlik yox olanadək istifadə edin.

Gözəllik və Moda     Baxılıb: 3462   Tarix: 21 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

turlar.az

qadın geyimi geyim seçimi toy makiyajlari ayaqqabı modelləri yataqda xinayaxdi bayatilari kosmetika tərəzi baldiz muellim seiri cinsi elaqe hakiwda