Mömin kişi kəbinli 4 arvadını eyni evdə yaşamağa məcbur edir - AZƏRBAYCANDA ŞOK OLAY

Mömin kişi kəbinli 4 arvadını eyni evdə yaşamağa məcbur edir - AZƏRBAYCANDA ŞOK OLAYqadınsaytı.az saytı "Sığınacağa sığınanlar" layihəsi üzrə növbəti yazısı təqdim edir:

Sevda ailə quranda 17 yaşı var idi. Gözəl ailə həyatı Sevda anasını itirənə qədər davam edir. Hər şey bundan sonra başlayır.

Sevda bir övladı ilə "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin sığınacağına sığınıb. Bura qohumları tərəfindən göndərilib.

Ürəkağrıdan da olsa Sevda öz həyat hekayəsini, yaşadıqlarını bizimlə bölüşür.

"Məktəbi yenicə bitirmişdim. Günlərin bir günü evimizin yanında olan dini mağazaya nəsə almaq üçün girdim. Elə həyat yoldaşım Vüqarla da orada tanış oldum. Elçiliyə mömin bacı və qardaşları dediyi tanışlarını göndərdi. Elçilik, nişan, toy elə 3 günün içində oldu. Evliliyimiz sakit, mehriban davam edirdi. Hər şey 2008-ci ildə anamı itirdikdən sonra başladı.Tez- tez davalarımız olurdu. Bir gün eşitdim ki, Vüqar 2 uşaqlı bir qadınla kəbin kəsdirib. Buna dözməyib evi tərk etdim. Bir müddət bacımın evində qalmalı oldum. Az keçmədi ki, həyat yoldaşım bacımgilə gəlib, bütün olanları inkar etdi. Bir qədər mübahisə etsək də sonra ona inanıb evə geri döndüm.

Sevda söhbətə davam edərək bildirdi ki, bir müddət sonra yoldaşım 2011-ci ildə başqa bir qadınla kəbin kəsdirib, evimizə gətirərək ikimizində bu evdə yaşayacağımızı dedi.

Bununla razılaşmadım. Vüqar o qadına başqa bir yerdə ev tutub onu kənarda saxlamağa davam etdi ...

Ailədəki münaqişələrin bununla bitmədiyini deyən Sevda bildirdi ki, həyat yoldaşı 3-cü qadınla kəbin kəsdirərək onu da evə gətirdi: " Artıq çıxılmaz vəziyyətdə qalmışdır. Lakin bununla kifayətlənməyən Vüqar kənarda saxladığınıda bizimlə birgə yaşaması üçün bizim evə gətirdi və məcbur elədi ki, hamımız eyni evdə yaşayaq". 3 uşaq anası olan Sevda övladları ilə 4 qadınla eyni evdə yaşamağa məcbur olur.

Beləcə əzablı günlərin davam etdiyini deyən Sevda artıq dözülməz vəziyyətdən çıxış yolunu 3-cü arvadın evi tərk etməsində görür və bunu Vüqara deyir. Əvəzində isə vəhşicəsinə döyülür: " Məni ölümlə hədələməyə başladı. Kiçik övladımıda götürüb evdən qaçdım. Bir müddət qohumlarımgildə qalsam da, Vüqar onları da ölümlə hədələməyə başladı. Bundan qorxuya düşən qohumlarım məndən imtina etməyə məcbur qaldılar və məni sığınacağa gətirdilər".

Qeyd edək ki, Sevda hal- hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb.

(təhlükəsizlik baxımından adlar dəyişdirilib)

Aysu

Mətbəx     Baxılıb: 14632   Tarix: 29 oktyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar kosmetoloq buga burcu qarabasaq kotleti ciyer qovurmasi murebbelerin hazirlanmasi kosmetika novruz bayramı haxışta sağlamlıq banan atalar sözü salatlar