Müsəlman qadınının kosmetikası

Müsəlman qadınının kosmetikasıSən sadəcə olaraq sağlamlıq və xoşbəxtliklə nəfəs alırsan. Gözlərin elə sirli nur yayır ki, üzünün dərisi məxmər kimidir, əllərin hər zaman isti və zərifdir. Bu sirri mənə aç: hansı kosmetikadan istifadə edirsən", - deyə bir dəfə hər şeylə maraqlanan rəfiqələri ondan soruşdular. O gözlərini qaldırdı və yüngülcə gülümsəyərək cavab verdi. - Mənim sirrim yoxdu. Dodaqlar üçün məndə yalnız doğru və səmimilik, səs üçün daimi olaraq Allahı zikr eləmək, gözlər üçün mən mülayim lakin isti baxış istifadə edirəm.Əllər üçün - yaxşı və xeyirli işlər görmək. Bədən üçün çalışıram özümdə səbr və vicdan tapım.Qəlbim üçün yalnız Allah sevgisini istifadə edirəm. Dərrakə üçün isə idrak, müdriklik və kamal istifadə edirəm. Ruhumda isə hər zaman Allaha itaət bəsləyirəm. Öz ehtiraslarımı isə imanım və tez-tez etdiyim dualarla cilovlayıram.

Hicab taxmış müsəlman bacı"Müsəlman qadın bəzənə bilərmi?" məsələsinə açıqlıq gətirməyə çalışacağıq.Əvvəla, bu mövzunun əsas səbəbkarı olan qadınlarla bağlı bəzi məsəslələrə toxunmaq istərdik. Heç şübhəsiz ki, qadınlar kişilər üçün, kişilər də qadınlar üçün yaradılmışdır. Bunların biri-biri üçün ola bilməsinin yolu da nikahdır.Qadınların ən şərəflisi olan möminə qadınlara gəldikdə, onların Allah nəzdində dəyər-qiyməti çox böyükdür. Buna görə şəriət möminə qadınlara dair onların şərəf, ləyaqətinə yaraşan hökümlər gətirmişdir.Məsələn Allah təmiz müsəlman kişilərdən başqa kimsəni müsəlman qadına layiq bilməmişdir. Yəni, müsəlman qadını yalnız müsəlman kişi nikahlaya bilər. Yuxarıda qeyd etdiyimiz müsəlman qadının şanı-şərəfinə layiq olan da budur (Bax: əl-Bəqərə, 221; ət-Tövbə, 28; ən-Nur, 26).

Həmçinin, müsəlman qadınların zinəti (bəzəyi, gözəlliyi) ərindən başqa hər bir gözə haram qılınmışdır. Heç bir göz müsəlman qadının gözəlliyini görməyə layiq deyil. Bu isə örtünmək vasitəsi ilə bəzək, gözəlliyi gizlətməklə yerinə yetirilir. Buna görə hicab yalnız müsəlman qadınlara xas olan, onları digər qadınlara nisbətən məğrur, ləyaqətli qılan, onlara və onların kişilərinə izzət, şərəf gətirən Allahın bəxşişidir.Qadın əsasən bir neçə şəkildə özünə cəzb edici bəzək, gözəllik verə bilir. a) Bədəninin bir qismini örtüb digər qismini açıq buraxması;b) Əlvan rənglər, naxış, muncuq, daş-qaş və digər şeylərlə paltarını bəzənməsi;v) Boyun bağı, qolbağ və sair zinət əşyalarını bədənin açıq qalan hissəsinə taxması;q) Kosmetik vasitələr ilə üz-gözünü bəzəməsi.

Qadının zinəti isə ərindən başqa hər kəsə haram qılınmışdır."Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (örtülü saxlasınlar); öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (ən-Nur, 31).

Müsəlman qadınlara əmr edilən təsəttürdə - hicabdakı (örtü) məqsəd isə, yuxarıda qeyd edilən qadına bəzək verən hər şeyin üstünü örtməkdir. Məlum olduğu kimi, örtü qadının məhrəmləri olan yaxınları (ata, oğul, qardaş və s.) və ərindən başqa bütün digər insanlara qarşı istifadə edilməlidir.Bütün bunları nəzərə alaraq demək olar ki, müsəlman qadına bəzənib (bəzənmə istər kosmetikadan istifadə şəklində olsun, istər bədən və ya paltarda olmaqla olsun) insanlar arasına çıxmasına icazə verilmir. Yəni, bu şərtlərlə müsəlman qadın bəzənə bilməz.Amma evin içinə gəldikdə buna icazə verilmişdir. Bu bəzənmə bir xobbi, istirahət, əyləncə kimi ola bilər. Bu adətən subay ərsiz qadınlarda olur. Yaxud da əri üçün bəzənməsi şəklində olur. (Biz yuxarıda qadınların kişilər üçün, kişilərin də qadınlar üçün yaradıldığını söyləmişdik).

Hicablı müsəlman xanımın gözəlliyiQadının bəzənməsi evdə öz əri üçündürsə, bu, yaxşı bəyənilən əməl sayılır. Hətta bu bir növ qadının əri qarşısındakı vəzifələrindən biridir.Rəsulullah (s) belə buyurmuşdur: "Qadınların ən xeyirlisi ərinin baxdığı zaman onu sevindirən, əmir etdiyi zaman itaət edən, ərinin xoşuna gəlməyən şeylərdə ona qarşı çıxmayan qadındır" (Nəsai. Nikah, 14)."Əri ondan razı qalaraq ölən qadın cənnətə girər" (Tirmizi. Rada, 10; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 4)."Dünyada bir qadın ərini incitərsə, həmən kişinin hurilərdən olan xanımı belə deyər: "Allah sınin canını alsın, onu incitmə! O, sənin yanında bir qonaqdır, bu yaxınlarda bizə qovuşacaq" (Tirmizi. Rada, 19; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 62)."Əri qadını yatağa dəvət etdiyi zaman o boyun qaçırar və bu səbəbdən də əri qəzəbli halda gecəni keçirərsə, mələklər o qadına səhərə qədər lənət edər" (Buxari. Bədul-xəlq, 7; Müslim. Nikah, 122).Qadının evdən çıxarkən bəzənməsi isə xoş görülməyən işlərdən sayılır.Rəsulullah (s) belə buyurmuşdur: "Hər göz zinakardır. Bir qadın ətir vurub evdən çıxar və camaat arasına girərsə, o zinakardır" Davud. Tərəccül, 7 (4174).(Hədisdə belə qadınların zinakar adlandırılmasının anlamı ətir vurduğu təqdirdə kişilərin diqqətini və şəhvətini cəlb etməsi, onların da baxaraq göz zinası etməsi ehtimalıdır).Təəssüflər olsun ki, insanlar arasında buyurulanın tam əksi yayılıb, hökm sürməkdədir. Yəni, evində ərinə gözəl görsənmək üçün öz yaraşıq və zinətinə fikir verilmədiyi halda evdən çıxarkən bəzənmək bir adət bir qanun halını almışdır. Əslində bu çirkini gözəl, gözəli çirkin göstərən şeytan vəsvəsəsindən başqa bir şey deyil."(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara yer üzündəkiləri (çirkin, günahları) olanlar üçün bəzəyib (gözəl göstərib) onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!" (əl-Hicr, 39-40)."Şeytan sizi yoxsulluqla qorxudur və alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər..." (əl-Bəqərə, 268).

Nəticə olaraq demək olar ki, müsəlman qadın öz əri üçün və ya özü üçün bəzənə bilər. Amma kənar şəxslərin arasına çıxdıqda bəzənə bilməz.Sizin digər sualınız (Eşitdiyimə görə, ten dəstəmazı batil edir. Bu doğrudurmu?) haqqında:Dəstəmazı pozan şeylər aşağıkıladır.1.Öndən və arxadan çıxan hər şey (sidik, nəcasət, mədiy, məziy, qan, yel və sair)2. Yuxu. Heç bir şey eşitməyəcək qədər tam yatmaq dəstəmazı batil edir.3. Ağlın getməsi. (sərxoşluq, huşu itirmək, dəli olmaq).4. Ön və arxa tərəfdən arada maneə olmadan övrət yerinə toxunmaq. İstər öz övrət yeri olsun istər başqasının, arada paltar və bənzəri şeylər olmadan ön və arxa tərəfdən övrət yerinə toxunmaq dəstəmazı batil edir.5. Qanın çıxması. Çox çıxan qan dəstəmazı batil edir.6. Qusmaq. Ağız dolusu qusmaq dəstəmazı batil edir.7. Kişi və qadının ortada paltar kimi bir əngəl olmadan biri birinə şəhvətlə toxunması dəstəmazı batil edir.Bunların xaricində heç bir şey dəstəmazı pozmur, inşallah. Bədənin üzərinə çəkilən heç bir şey (nəcis murdar bir şey olsa belə) dəstəmazı pozmaz. Buna görə demək olar ki, ten olsun digər kosmetik vasitələr olsun üzə, gözə, qaşa çəkildiyi zaman dəstəmazı pozulmaz.Sizin digər (Dəstəmaz alıb daha sonra namaz qılmamışdan əvvəl bəzənə bilərmi?) sualı haqqında:Üzə kosmetika çəkilmiş və ya başqa cür bəzənmiş halda namaz qılına bilir. Bu barədə bir qadağa yoxdur. Yetər ki, örtünməsi vacib olan yerlər örtülmüş olsun.Bir məsələyə sizin diqqətinizi cəlb etmək istərdik. Kosmetikadan istifadə etmiş biri dəstəmaz alarkən bəzi məsələlərə diqqət yetirməlidir. Dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir. Əgər yuylması vacib olan bədən üzvlərində və ya onların bir hissəsində su ilə dəri arasında bir maneə olub, suyun dəriyə çatmasına əngəl yaradarsa, dəstəmaz səhih olmaz (yerinə yetirilmiş sayılmaz).Əgər kosmetik maddə qatı və yağlı olub dəri ilə su arasında bir əngəl olarsa, belə ki, su dəriyə çatmaz, onda bu halda dəstəmaz yerinə yetirilmiş sayılmaz. Belə olduğu təqdirdə kosmetik maddə silinməli və sonra dəstəmaz alınmalıdır. Bura pudra, pomada, dırnaqları boyamaq üçün laklar və s. kimi qatı, yağlı kosmetik maddələr daxildir. Amma məsələn təbii sürmə kimi maddələr hər nə qədər dərinin üzərini örtürsə, amma suyun dəriyə çatmasına əngəl deyildir.Hər şeyin doğrusunu yalnız Allah bilir.

Gözəllik və Moda     Baxılıb: 3382   Tarix: 03 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq geyim seçimi toy gecesi toy donlari 2025 maraqli toy ideyalari intim məktəb doğumdan sonra uşaq nece olur qaynana hakista əfsanələr badambura veten seirleri