Mütəxəssis SAXTA QİDALAR haqqında ŞOK FAKTLARI AÇIQLADI: Bal, qatıq, zeytun yağı, kolbasa və...

Mütəxəssis SAXTA QİDALAR haqqında ŞOK FAKTLARI AÇIQLADI: Bal, qatıq, zeytun yağı, kolbasa və...Aldığımız, yediyimiz və içdiyimiz məhsullar düşündüyümüz kimi olmaya bilər.
Milli.Az xəbər verir ki, TMMOB Qida Mühəndisləri Palatasının İzmir şöbəsinin sədri Uğur Toprak bal istehsalında şəkərli suyun istifadəsindən tutmuş qatığın jelatinlə qarışdırılmasına qədər bir çox dəhşətli faktları açıqlayıb. Qida mühəndisi yeyinti sənayesində saxta qidaların hazırlanması məsələsinə diqqət çəkib.
"Bəzi müəssisələr insanların sağlamlığına təhlükə yarada biləcək ərzaqlar istehsal edir. Vətəndaşlar məhsulları qiymətinə əsasən seçir. Nazirlik vaxtaşırı olaraq saxta məhsulları açıqlayır. Məhsul saxlama müddəti bitmədən rəflərdən toplanmalıdır. Məsələn, balın hazırlanmasında bir çox saxtakarlığa rast gəlirik. Arılar su ilə qarışdırılmış şəkərlə bəslənir. Onlar normal polendən aldıqları şəkəri deyil, bu suyu istehlak edərək bal hazırlayır. Beləliklə şirkət daha ucuz və keyfiyyətsiz məhsul istehsal edir.
Kolbasa, sucuk və sosiska da saxta məhsullar siyahısına daxildir. Bu qidaların hazırlanmasında at və eşşək əti də istifadə edilə bilər. Dana sosiskası və ya kolbasasında 100 faiz mal əti istifadə edilməlidir. Ancaq bunun əvəzinə toyuq əti qarışdıra bilərlər.
Holland pendirinin istehsalındakı saxtakarlıqlardan biri də kartof püresi ilə qarışdırılmasıdır. Bəzi firmalar süd əvəzinə kartof əlavə edir.
Qatığın istifadə müddətini uzatmaq və ya qatı olmasını təmin etmək üçün jelatin əlavə olunur. Bütün bunlar qadağandır. Qatığı qaşıqlayan zaman əslində kənarlara dağılmalıdır, amma jelatin əlavə edildiyi üçün qatılığı artır və bərk olur. Nəticədə qaşıqda olduğu kimi dayanır və dağılmır. Qatığın üzərində marqarinlə qaymaqlı təbəqə yaratmağa çalışan firmalar da az deyil".
Mütəxəssis daha sonra zeytun yağının ən çox yayılmış saxta qidalardan biri olduğunu açıqlayıb:
"Bitki, günəbaxan yağı qarışdıraraq zeytun yağının keyfiyyətini və qiymətini aşağı salırlar. Zeytunda da boyaq maddələrdən istifadə olunur. Zeytunun çəyirdəyi normal olaraq qəhvəyi rəngdədir, amma tünd qara rəngdədirsə, deməli, boyaq maddələri əlavə olunub.
Bunların hamısı nəzarət altında olmayan müəssisələrdə və qida mühəndislərinin işləmədiyi şirkətlərdə baş verir. Bu kimi halların qarşısını almaq üçün nəzarət artırılmalı və ciddi cəzalar tətbiq olunmalıdır", - deyə sonda ekspert qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 13 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid