Mütəxəssislər ən ideal qoruyucu maskanı açıqladı - FOTO
ABŞ-ın Dyuk Universiteti 14 müxtəlif qoruyucu maska üzərində araşdırma aparıb.
Publika.az xəbər verir ki, maskaların mühafizə qabiliyyətlərini analiz edən elm adamları səhiyyə işçilərinin istifadə etdiyi N95 tipli maskanın qoruyuculuğunun pandemiyaya görə ideal olduğunu açıqlayıb.
Bundan başqa, qatlı cərrahi və evdə hazırlanan pambıq maskalar da ağız və burundan çıxan damlacıqların qarşısının alınmasında yaxşı performans göstərib.
Mütəxəssislər bandana, boyunluq və hörgü tipli maskaların qoruyucu xüsusiyyətinin olmadığını bildirib. Hər nə qədər yaxşı görüntüsü olsa da, elm adamlarının rəyinə əsasən, bandana və hörgü tipli maskalar istifadəyə yararlı deyil. Hətta iddialara görə, boyunluq taxan insanlar maska taxmayanlardan daha çox virus yaya bilər: "Boyunluqlar tənəffüs yolundan çıxan böyük ölçülü damlacıqları daha kiçik vəziyyətə gətirir və arxasından daha rahat çıxmasına səbəb olur".
Zümrüd









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar