Mütəxəssislər "gələcəyin maskası" üzərində işləyirlər

Mütəxəssislər "gələcəyin maskası" üzərində işləyirlərİsveçrə hökuməti yüksək texnologiyalar əsasında hazırlanan "ReMask" adlı layihə üçün iki milyon İsveçrə frankı həcmində vəsait ayırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus pandemiyasından öncə tibbi maskalar istehsal edilməyən İsveçrədə olduqca iddialı layihəyə start verilib. İsveçrənin "Innosuisse" İnnovasiyaların Dəstəklənməsi Agentliyinin təmsilçisi Tom Russi İsveçrə Teleradiosuna (SRF) verdiyi müsahibədə bildirib ki, innovativ layihə pandemiyaya qarşı mübarizə üçün həyata keçirilsə də, əsas məqsəd müasir texnologiyalar əsasında hazırlanan maskaların gələcəkdə də tibbi və kütləvi istifadəyə xidmət etməsidir. Bunun üçün tekstil və tibbi texnika sənayesində yeni ixtisaslaşmış sahənin yaradılması günün tələbinə çevrilib.
Qırxadək şirkət, elmi araşdırma mərkəzi, universitet və laboratoriyanın daxil olduğu layihə çərçivəsində təkrar istifadəyə yararlı, bayır hissəsi antiviral təbəqədən təşkil olunan, həm tibbi, həm də kütləvi istifadəsi mümkün olan materiallar üzərində tədqiqatlar aparılır. Əsas hədəf isə bakteriya və virusları içəri buraxmayan, eyni zamanda isə ağız buxarının rahat şəkildə çıxmasına və istifadəçinin rahatlığına xidmət edən materialı müəyyən etməkdir. Gələcəkdə baş verə biləcək pandemiyalarda insanların maskalardan uzunmüddətli istifadəsini nəzərə alaraq, "gələcəyin maskası" ondan istifadə edən şəxs üçün maksimal rahat olmalı, eyni zamanda bioloji cəhətdən təmiz materiallardan təşkil olunmalıdır.
İsveçrə şirkətlərindən biri artıq ilk prototipi təqdim edib. Antiviral və antibakterial üst təbəqədən ibarət maskalar su və yağları daxilə buraxmır. Şirkətin rəhbəri Paskal Eqqmann bildirib ki, hazırda bu maskaların bir neçə istiqamət üzrə (yayda nəfəs alarkən havanı sərinləşdirmək, müxtəlif aromatik qoxulardan istifadə və s.) variantları hazırlanır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1283   Tarix: 12 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun