Nadir Qafarzadənin oğlu nəyi bəyənmir?
Hal-hazırda İsveçrədə olan müğənni Nadir Qafarzadə İsveçrədə təhsil alan oğlundan danışıb.
"Hər bir valideynin borcudur ki, vətənə layiqli övlad böyütsün. Bildiyiniz kimi böyük oğlum bir neçə ildir ki, İsveçrədə təhsil alır. Hazırda həyat yoldaşımla birgə oğlumun yanına gəlmişik. Övladım üçün çox darıxmışdım. İndi onun yanındayam deyə rahatam. Bəzən oğlumla birgə şəkil çəkdirib, sosial şəbəkədə paylaşıram. Amma bu hal onun xoşuna gəlmir. Yəni o, üzdə olmağı sevmir. Mən də bir ata kimi onun da istəyini nəzərə alıram. Vətənim üçün darıxmışam. Allah heç kimə vətən həsrəti göstərməsin. Hələ bir ay İsveçrədə qalacam. Bakıya qayıdanda isə bir neçə yaradıcılıq işimi təqdim edəcəyəm".
f Paylaş