Nanə maskası ilə üz dərinizi 10 yaş cavanlaşdırın

Nanə maskası ilə üz dərinizi 10 yaş cavanlaşdırınNanənin nəinki sağlamlığa, həm də saça və dəriyə müsbət təsiri hələ qədimdən məlumdur. Bəzi təbii vasitələrlə kompleks şəkildə istifadəsi nəticəsində dəri təzələnir, xırda qırışlar azalır.

Nanə yorğunluğu və iltihabı aradan qaldırır. Bu otdan buz parçaları, detoks şirələri, təbii losyon, maska və s. hazırlamaq olar.

1. Gözdə yorğunluğun aradan qaldırılması üçün maskaya lazım olacaq:

- 5 nanə yarpağı;
- 3 çay qaşığı melissa yarpağı

İnqrediyentlərin üstünə qaynar su töküb yarım saat dəmlənməsini gözləyin. Sonra pambıq diskləri həmin suya batırıb gözlərinizin üstünə qoyun. 12 dəqiqə sonra nəticə sizi heyran edəcək.

2. Bütün növ saçlar üçün maska hazırlayarkən lazım olacaq:

- Yarım dəstə nanə;
- 2 çay qaşığı melissa yarpağı;
- 2 çay qaşığı palıd qabığı;
- 2 stəkan aşağı faizli yağlı kefir;
- Yarım stəkan qaynar su

Nanəni, melissanı və palıd qabığını qaynar suya tökün. Bütün gecə belə qalmalıdır. Həmin suya əvvəlcə sıyıq, daha sonra isə kefir əlavə edin. Maskanı saçların diblərinə yaxşıca sürtün. 25 dəqiqə gözləyib, şampunla yuyun.

3. Üzü təravətləndirən buz maskası üçün sənə lazım olacaq:

- Nanə yarpağı;
- 1 çay qaşığı dəvədəbanı;
- 1 çay qaşığı cökə;
- 2 stəkan qaynar su;

Sadalananları qarışdırıb qaynar suya tökün. Üstünə qapaq qoyub dəmlənməsini gözləyin. Daha sonra suyu buz qəliblərinə töküb dondurun. Üzünüzü hər səhər həmin suyla yuyun.

4. Ağardıcı maska üşün sənə lazım olacaq:

- Doğranmış xiyar;
- Yarım stəkan nanə yarpağı;

Xiyarları blenderdən keçirin. Ləti qazana töküb su əlavə edin. Odun üstünə qoyub qaynadın. Qaynayanda doğranmış nanəni də içinə tökün. Hazır olduqdan sonra 20 dəqiqə soyumağını gözləyin. Sonda isə üzünüzü bu suyla yuyun.

5. Dərini yaxşılaşdıran maska üçün sənə lazım olacaq:

- 2 xörək qaşığı kosmetik ağ gil;
- 1 xörək qaşığı xırda doğranmış nanə yarpağı;
- Dorğanmış nanə yarpaqlarını gillə qarışdırın. Su töküb məcun halına salın.

6. Nanə sapından təbii skrab sənə lazım olacaq:

- Yarım stəkan yulaf lopaları;
- 15 qram qurudulmuş nanə yarpağı;

Bütün komponentləri blenderdən keçirin. Üzə çəkməzdən əvvəl isti suyla qarışdırmaq lazımdır.

7. Möhtəşəm cavanlaşdıran maska hazırlamaq niyyətindəsinizsə, bunlar lazım olacaq:

- 2-3 xörək qaşığı boranı ləti;
- 4 çay qaşığı bal;
- 5-6 yarpaq təzə nanə;
- 0,5 xörək qaşığı nişasta.

Nanəni ovuşdurub digər inqrediyentləri əlavə edin. Onları yaxşıca qarışdırıb üzünüzə çəkin. 10-12 dəqiqədən sonra maskanı yuyun.

8. Bəsləyici maska üçün lazım olacaq:

- 2 xörək qaşığı nanə yarpağı;
- 1 ədəd banan;
- 1 yumurta ağı;
- 1 çay qaşığı əzvay şirəsi;

Yumurta ağını çalıb nanə və digər inqrediyentlərlə qarışdırın. Maskanı 20 dəqiqə saxladıqdan sonra yuyun.

9. Yumşaq və zərif əllər üçün vanna lazım olacaq:

- 50 qram təzə nanə yarpağı;
- 2 çay qaşığı dəvədabanı yarpağı;
- 2 çay qaşığı adaçayı yarpağı;
- 1 stəkan kefir;
- 1 stəkan qaynar su;

Otları qaynar suya tökün. Yarım saat gözlədikdən sonra süzün. Suya qatıq əlavə edib qarışdırın. Maska soyuyandan sonra əllərinizi onun içində 10 dəqiqə saxlayın. Sonra əlləri ilıq su ilə yuyun, dəsmalla qurudun və qidalandırıcı krem çəkin.

publika.az

Gözəllik və Moda     Baxılıb: 8526   Tarix: 30 aprel 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

geymler 2026 yay kolleksiyasi qadın geyimi ciyer qovurmasi qan qruplari haqqinda melumat nagillar ev dekorasiyası kosmetika laylalar vətənə aid atalar sözləri şirin qoğal məsəllər lakonizm