Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir.
Milli.Az xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qeyd olunub.
Alimlər narın tərkibində olan bu təbii birləşmənin, süd vəzi xərçənginin ən aqressiv növlərindən biri sayılan "üçlü neqativ süd vəzi xərçəngi" üzərində ümidverici təsirlər göstərdiyini açıqlayıblar.
Üçlü neqativ süd vəzi xərçəngi bütün süd vəzi xərçəngi hallarının təxminən 10-15%-ni təşkil edir. Bu növ digər xərçənglərdə istifadə olunan hədəfli müalicələrə cavab vermədiyi üçün müalicə imkanları çox məhduddur. Əksər hallarda yeganə seçim kimyaterapiya olur.
Bu səbəbdən alimlər daha effektiv və təbii müalicə yolları axtarırlar. 
Araşdırmada diqqət çəkən əsas nəticəyə görə, punikalin xərçəng hüceyrələrinin çoxalmasını azaldır, onların orqanizmdə yayılma (metastaz) riskini aşağı salır və şişin digər orqanlara keçmə ehtimalını zəiflədir. Bu xüsusilə aqressiv xərçəng növləri üçün mühüm irəliləyiş hesab olunur.
Xərçəngin böyüməsi üçün yeni qan damarlarının yaranması (angiogenez) vacibdir. Araşdırmaya görə, bu təbii birləşmə yeni damarların formalaşmasını azalda və beləliklə şişin "qidalanmasını" çətinləşdirə bilər.
Mütəxəssislər vurğulayır ki, bu nəticələr hələlik laboratoriya şəraitində əldə olunub və insanlar üzərində sınaqdan keçirilməyib. Bu maddənin dərman kimi istifadəsi üçün daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, alimlər hesab edir ki, bu cür təbii birləşmələr gələcəkdə xərçəng müalicəsində mühüm rol oynaya bilər.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1089   Tarix: 28 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy makiyajlari makiyaj instagram sac duzumleri veremum elm ve bilik haqqinda atalar sözləri mayalanma dadlı yemək kosmetika anabaci vetene aid atalar sozu ana haqqinda bayati video masqalar