Nar haqqında bilmədiklərimiz

Nar haqqında bilmədiklərimizNarın tərkibi orqanizmin normal fəaliyyəti üçün  bir çox minerallar, vitaminlər və mikroelementlərlə zəngindir. Narın əsas vitaminləri bilmək vacibdir, bunlar B6, B12, P və C vitaminləridir. Tərkibindəki vitamin C immun sisteminə möhkəmləndirici təsir göstərir. Vitamin P qan damarlarını gücləndirir. B6 - sinir sistemini gücləndirir və B12 - qan formalaşmasını yaxşılaşdırır. Lakin bunlar hamısı deyil!
- nar mükəmməl şəkildə bütün qan damarlarının divarlarını, sinir sistemi və qan dövranı gücləndirir. Həkimlər buna daha çox yaşlı insanların və əməliyyat keçirmiş insanların diqqət etməsini tövsiyyə edir. Beləki, onların orqanizmin daha çox gücləndirmə effekti lazımdır.
-soyuqdəymə kimi xəstəliklərin müalicəsi eləcə də, profilaktikası zamanı, qalxanvari vəzi və ürək xəstəlikləri zamanı da nar köməyə gəlir;
-həmçinin bu meyvəyə ateroskleroz, malyariya, qanazlığı və orqanizmin tamam əldən düşdüyü zaman da diqqət yetirmək tövsiyyə olunur. Narın tərkibindəki vitamin və mikrolementlər bu xəstəliklərlə çox tez mübarizə apara biləcək.
-müntəzəm olaraq yetişmiş nar meyvəsini yemək hipertoniya xəstələrində yüksək arterial təzyiqi təbii yolla aşağı salacaq;
-rasiyona bu şərq meyvəsini əlavə etmək mədə xərçəngini uzaqlaşdırmaq deməkdir;
-nar həmçinin bronxial astma və anemiya xəstələri üçün də faydalıdır;
-nar dənəciklərinin ləti və narın şirəsi orqanizmdən radioaktivliyi uzaqlaşdırır.
-tərkibindəki antioksidantlar sayəsində orqanizmi təmizləmə gücünə malikdir;
-iştah və hemoqlobinə müsbət təsir göstərir;
-sidikqovucu və antiseptik təsiri var;
-qaraciyər, böyrək və ağciyərlərin xəstəlikləri zamanı istifadə etmək tövsiyyə olunur.
Nar şirəsinin tərkibində 8-dən 20%-ə qədər şəkər mövcuddur, 9% isə limon və alma turşusu (katalizator).
Bir çox insanlar narı sadəcə onun içindəki tumlarına görə sevmirlər. Lakin çox əbəs yerə, axı onun toxumları da narın ləti vəşirəsi kimi faydalıdır. Beləki, üyüdülmüş nar tumları baş ağrıları və yüksək təzyiq zamanı kömək edir. Eləcə də, orqanizmdə hormonal aktivliyi tənzimləyir. Narın toxumlarından şirə və hətta efir yağları hazırlayırlar. Bu yağlar isə kosmetologiyada istifadə olunur. Şirəsi sidikqovucu effekt göstərdiyi üçün ondan qaraciyər və böyrək xəstəlikləri zamanı istifadə edilir. Yağyandırıcı F və E vitaminləri sayəsində dərini cavanlaşdırır, hüceyrələrin yenilənməsinə müsbət təsir göstərir.
Narın faydalarını saymaqla bitməz. Demək olarki, bütün xəstəliklər zamanı müsbət təsir göstərir. O, həmdə dad baxımın çox dadlıdır.
Xalq təbabətində şirin narın şirəsi böyrək xəstəlikləri, turş narın şirəsi isə  böyrək və öd kisəsindəki daşlar zamanı istifadə olunur. Narın şirəsi həmçinin, qızdırma və titrəmə zamanı da susuzluğ qarşısını alaraq atəş salıcı təsir göstərir.
Nar şirəsi yanıqlar zamanı antiiltihab effektinə malikdir. Narın qabığından ishal və qurd yaranması zamanı istifadə edilir.
Narın faydaları ilə yanaşı bəzi zərərli tərəfləri də vardır...
-beləki, bu meyvənin şirəsi bir çox mədə xəstəliklərindən, mədə xorasından və yüksək turşuluqlu qastritdən əziyyət çəkənlər üçün tövsiyyə edilmir;
-1 yaşına qədər olan körpələrə də vermək məsləhət deyil. 4-7 yaşına qədər olan uşaqlara isə nar şirəsini su ilə qarışdırıb vermək heç də pis olmaz;
-nar şirəsini qəbul etməzdən öncə stomatoloqla məsləhətləşmək də faydalıdır. Çünki, təbii çəkilmiş nar şirəsinin tərkibində diş minasını zədələyə bilən turşular mövcuddur. İçmədən öncə onu az miqdarda su ilə qarışdırmaq daha xeyirlidir,baxmayaraq ki, tərkibindəki vitaminlər bu zaman itmir. Şirənin qəbulundan sonra isə ağız boşluğunu yaxalamaq lazımdır.
-babasil və xroniki qəbzlikdən əziyyət çəkən insanlarında bu şirəni içməsi məsləhət deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1891   Tarix: 20 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər