Nar və şirəsinin inanılmaz faydaları

Nar və şirəsinin inanılmaz faydalarıQışın ən çox sevilən meyvələrindən biri olan nar sağlam həyat sürmək və xəstəlikləri sağaltmaq üçün həmişə istehlak edilməlidir.
Milli.Az "qafqazinfo"-ya istinadən nar və nar suyunun faydalarını təqdim edir:
Narda zəngin kalium, maqnezium və fol turşusu, həmçinin B5, B6, C və E, C, B1 və B2 vitaminləri var. Nar demək olar ki, bütün məlum antioksidanları ehtiva etməsi ilə məşhurdur.
Nar həm də liflə çox zəngindir. 1 stəkan nar dənəsində 7 qram lif var ki, bu da çox yüksəkdir. Lifli qidaların insanı uzun müddət tox tutduğu, aclığın qarşısını aldığı, arıqlamada təsirli olduğu bir çox elmi araşdırmalarda bildirilib.
Narın tərkibində bol miqdarda C vitamini, polifenol, dəmir, kalium var və immunitet sistemini gücləndirir. Bundan əlavə, xolesterin və şəkəri tarazlaşdıran nar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və ürək sağlamlığını qorumağa kömək edir.
"MedlinePlus" Tibb Ensiklopediyasında nar şirəsinin piylənmənin müalicəsində istifadə oluna biləcəyi və arıqlamağa kömək etdiyi barədə məlumat qeyd olunub.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi 1 stəkan nar suyunda 139 kalori olduğunu bildirib. 100 qram nar 83 kaloridir. Nar çəkiyə nəzarət etmək üçün gündəlik qida rasionuna daxil edilə bilər.
Təxminən bir stəkan nar suyu gündəlik C vitamini ehtiyacımızın 25%-ni qarşılayır. Qurani-Kərimdə adı çəkildiyi üçün xalq arasında "Cənnət meyvəsi" də adlandırılan nar hər gün istehlak edildikdə yorğunluğu götürür və bədənə canlılıq verir.
Nar suyunun faydaları
Narın faydalarından əlavə nar suyunun insan sağlamlığı üçün faydaları çox xüsusi yer tutur.
Nar şirəsinin faydalarını qısaca sadalasaq:
- Qrip viruslarını məhv etmək qabiliyyətinə malikdir, qrip infeksiyalarına qarşı çox təsirlidir.
- Tərkibindəki antioksidantlar sayəsində qanda oksidləşmənin qarşısını alır.
- Nar ekstraktı antibiotiklərlə birlikdə istifadə edildikdə davamlı bakteriyaları da öldürə bilər.
- Ürək və damar sağlamlığının qorunmasını təmin edir. Damar tıxanmasına qarşı profilaktik təsir göstərir.
- Xərçəngin yayılmasını azaldır və xərçəng hüceyrələrini öldürmək qabiliyyətinə malikdir.
- Xolesterol və şəkəri balanslaşdırır.
- Qan əmələ gətirən xüsusiyyətlərə malikdir.
- Kişilərdə sperma əmələ gətirmə xüsusiyyətinə malikdir və canlılığı artırır.
- Revmatizm və oynaq ağrıları olan bölgələrə tətbiq edildikdə ağrıkəsici təsiri olur.
- Nar suyu huşunu itirməyə qarşı içilə bilər.
- Bağırsaq parazitlərini öldürür və yaxşı bakteriyaları artırır.
Qeyd: Nara qarşı allergiyanız və ya həssaslığınız varsa, şəkər və ya təzyiqiniz varsa, gündə 1 ovuc nar dənəsi yemək kifayət edər. Sağlamlığınıza mənfi təsir göstərə biləcəyindən az da olsa şübhələnirsinizsə, müntəzəm olaraq nar istehlakına başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1077   Tarix: 14 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

maskalar aksessuarlar sade makiyaj sekilleri gəncə xəbərləri qış geyimləri xamali piroq hicab modelleri kosmetika maraqli hakistalar saglam qidalanma klitor veten haqqinda atalar sozu rus dilini öyrənək