Naringinin insan orqanizminə möcüzəvi faydaları

Naringinin insan orqanizminə möcüzəvi faydalarıNaringi-"İncəbel"
Şirin olsa da, cəmi 37 kalorilidir ki, bu da kökəlmədən qorxanlara heç bir təhlükə törətmir. Bəzi məlumatlara görə yağları da parçalama gücünə malikdir və idmançılar əzələlərini formaya salmaqda Naringidən istifadə edirlər.

Tarixə nəzər
Çoxları bilmir ki, Naringinin vətəni Çindir. 1178-ci ildə yazılmış şərq əlyazmalarında bu meyvənin 27 ən yaxşı "imperator" növlərinin olması haqqında məlumatlar mövcuddur. Bir çox ölkələrdə (ingilisdilli) Naringi "Tanjirin" (bu meyvə ilk dəfə Avropaya Mərakeş və Tanjir şəhərlərindən gətirildiyi üçün) adı ilə tanınırdi. Ona "Milad Portağalı" ləqəbi də qoyulmuşdu. Dadlı, şirin və olduqca məhsuldar olan meyvənin mövsümü noyabr və yanvar aylarıdır.

Vitamin göstəriciləri
Bir meyvədə gündəlik C vitamin tələbatının 31%-i mövcuddur. İmmuniteti möhkəmləndirir, yaşlanma əleyhinə gözəl vastədir. Bundan başqa "narıncı toplarda" B qrupu vitaminlər, vitamin P və K saxlanılır. Sitrus meyvəsi olaraq Naringi fitonsitlərlə zəngindir, bu antibiotik təsiri xəstəlik törədən bakteriaları məhv edir. "Yeni il meyvəsi" temperatur və soyuqdəymə zamanı sağalma prosesində çox gözəl effekt verir, həm də o ağciyərləri də gözəl təmizləyir ki, bu siqaret çəkənlər üçün xüsusi faydalıdır.

Naringi "portağala" qarşı
Naringi ilə bədənimizə qulluq edə bilərik. Buna pillinq və masajlar daxildir. Onun yağından hər yaş dövründə və hər növ dərilərdə istifadə etmək olar. Tətbiq spektri: ağız və burun ətrafında əmələ gələn qırışlarla mübarizədə, cövhərindən sellülitlə mübarizədə ,lasyonu ilə yağlı dərinin bərpasında, qabıqları və suyu ilə hazırlanmış maskalarla saç tökülməsinin qarşısını almaq üçün istifadə edilir. Naringi yağından aromaterapiyada da istifadə olunur: 3-5 damcı Naringi efiri 1 xörək qaşığı dəniz duzu ilə 15 dəqiqəlik masaj sizi stresdən azad edəcək.

Rapunzel üçün naringi:
Naringi vitamin B12 ilə zəngin olduğundan saç tökülməsini azaldır və saçların ağarmasının qarşısını alır. Saçların uzanmasında əsas rol oynayan kollogenlərin qurulması üçün C vitamini tələb olunur, məlumdur ki, Naringi də C vitamini deposu hesab olunur. Sağlam saçlarara sahib olmaq üçün vacib kompanentlərdən biri olan dəmirin mənimsənilməsi də vitamin C sayəsindədir. Naringinin gözəllik gücünü artırmaq üçün onu salatlara, kekslər üçün souslara, toyuq və balıq yeməklərinə də əlavə edə bilərsiz. Saçların tez uzanması üçün Naringi maskası: 1 xörək qaşığı xardal, 2 Naringiin şirəsi, 10 damcı melisa yağı qarışdırıb saçların dibinə çəkmək və 20 dəqiqə saxlamaq və sonra saç dərisinin tipinı uyğun şampunla yumaq lazımdır. C vitaminin və askorbin turşuları ilə zəngin olan Naringi suyu saç köklərini qidalandırır və saç tellərini yumuşaldır. Melisa yağı və xardal yağ mübadiləsini, qan dövranını aktivləşdirir, kəpəyin əmələ gəlməsinin qarşısını alır.

Konservatlarla mübarizə
Çoxları düşünür ki, hal-hazırda təbii üsullarla meyvə-tərəvəz yetişdirmək mümkünsüzdür və digər qidalar kimi onların da istehsalı zamanı kimyəvi maddələrdən istifadə olunur. Naringi digər sitrus meyvələri kimi nitratlardan təşkil olunmadığından və limon turşusunun sayəsində kimyəvi maddələrlə "dostluq" etmir. Ona görə də tam əminliklə onlardan istifadə edə bilərsiz.

Seçim haqqı sizindir.
Naringinin dadını gözlə təyin etmək olar. Orta ölçülü və yastı formalılar ən turş olanlardır. Onlarda çəyrdək olmur. İri və kobud quruluşa sahib olanlar həm də asan təmizlənirlər və meyxoş olurlar. Ən şirin və sulu sortları kiçik, parlaq narıncı "klementinlərdir". Sonuncuları +6 dərəcədə uzun müddət saxlamaq mümkündür.

Ağılllı antidepresant
Depresiyanin müasir müalicəsində qida və prasedurlarda xoş ətirlərdən istifədə olunur. Naringidən alınan efir yağı depresiya, yuxusuzluq və pis əhvalı götürmək üçün ən yaxşı vastələrdən hesab olunur. Ağır iş rejimi və çətin həyat tərzi ilə mənəvi pozğunluqlar əmələ gətirir, Naringi yağının ətri bu zaman yaranan yorğunluğu aradan qaldırır və ruhi müvazinıti bərpa edir.

Naringi və fəlsəfə
Meyvə fen-şuy fəlsəfəsinin (külək və su mənasını verən təbiətdə mövcud olan həyat enerjisinin yaşanan hər yeri dolaşmasını əks etdirən qədim Çin fəlsəfəsidir) əsas elementidir. Naringi ağacı var-dövlət simvolu hesab olunur. Ay təqvimi zamanı il dəyişən zaman stolun üstü buna görə narıncı meyvələr ilə bəzədilir. Həmçinin fen-şuya görə Naringi istənilən pis enerjini udmaq xüsusiyyətinə də qadirdir.

Sağlamlıq     Baxılıb: 12496   Tarix: 19 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

makiyaj instagram makiyaj etmek qaydalari maskalar vetenperverlik aybasi islamda qadinlar yuxu yozmalar kosmetika geyim tanisliq qurd ve quzu novruz hakistalari baldiza aid hakisda