Narkomaniyanın ilkin müalicəsi detoks proqramı əsasında aparılır

Narkomaniyanın ilkin müalicəsi detoks proqramı əsasında aparılırNarkotik vasitələr sağlamlıq üçün təhlükə yaradan narkotik xassəli bitkilər, xammallar, təbii və ya süni maddələrdən ibarətdir. Araşdırmalara əsasən, dünyada narkotik maddə istifadəçilərinin sayı getdikcə artır. Ona görə də narkomaniya ilə mübarizə dövrün prioritet mövzularından birinə çevrilib. Narkotik maddə istifadəsinə meyillilikdə şəxsiyyət xüsusiyyətləri ciddi rol oynayır. Ona görə də gənclər psixoloji olaraq möhkəm və iradəli olmaqla özlərini narkomaniya bəlasından xilas edə bilərlər. Ümumiyyətlə narkotiklərdən qorunmağın ən asan yolu belə psixotrop maddələrdən heç vaxt istifadə etməməkdir. Həmçinin narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərinin aparılması da önəmlidir. Nəzərə almaq lazımdır ki, bir sıra hallarda gənclər və yeniyetmələr bu bəla ilə bilməyərəkdən üzləşirlər. Belə olan halda, həkimə dərhal müraciət edərək müalicəyə başlamaq tövsiyə olunur. Narkomanlıq digər vərdişlərlə müqayisədə daha təhlükəlidir. Cəmiyyətin "sosial bəla"sı hesab edilən narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların sosial-iqtisadi vəziyyətinə də ciddi təhlükə yaradır.
Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova narkotik maddələrdən istifadənin ziyanları və müalicəsi barədə danışıb.
Həkim-mütəxəssis bildirib ki, narkotik maddələrin istifadəsi ilkin olaraq mərkəzi sinir sisteminə mənfi təsir göstərir:
"Belə psixoaktiv maddələrin mərkəzi sinir sisteminə təsiri nəticəsində dopamin və digər reseptorlar tormozlanır. Hər dəfə psixoaktiv maddə qəbul edən istifadəçinin reseptorları daha çox tormozlanmağa məruz qalır. Ona görə də istifadəçinin əhvali-ruhiyyəsində dəyişiklik yaranır. Əhval dəyişdikcə isə aqressiya artır və xəstədə şəxsiyyətin dəyişkənliyi müşahidə edilir. Daha sonra xəstə narkotik maddə qəbul etmədikdə orqanizmində dopamin çatışmadığı üçün daha da aqressivləşir. Çünki həmin vaxta qədər qəbul edilmiş narkotik maddələr reseptorları artıq tormozlamış olur. Həm sintetik, həm də qeyri-sintetik psixotrop maddələr orqanizmdə qısa müddətdə asılılıq yaradır. Narkotik maddələr orqanizmdə yan təsirlərə səbəb olur, daxili orqanlarda fəsadlar törədir. Bu proses sintetik narkotik vasitə istifadəçilərində daha sürətlə baş verir. Müalicə zamanı isə xəstənin sintetik, yoxsa qeyri-sintetik maddə istifadəçisi olması fərq yaratmır. Müalicə xəstənin narkotik maddələrdən istifadə müddətinə, yəni xəstəliyin mərhələsinə əsasən aparılır. Düzgün müalicə nəticəsində narkotik maddələrdən asılılıq aradan qaldırılır, lakin istənilən halda, xəstənin özündən çox şey asılıdır. Psixoloji vəziyyətini nəzarətdə saxlayanlar, xəstəlikdən, doğrudan da, xilas olmaq istəyənlər daha tez sağalırlar".
F.Baxışovanın dediyinə görə, xəstəliyin ilkin müalicəsi detoks proqramı əsasında aparılır:
"Detoks dərman preparatları vasitəsilə orqanizmdə ağrı və narahatlıq olmadan, digər psixoloji problemlərin yaranmasının qarşısının alınması məqsədilə aparılan müalicədir. Detoksdan sonra isə xəstələrin reabilitasiya dövrü başlanır. Bu dövrdə xəstə ilə narkoloq, psixoterapevt, psixoloq və sosioloq komanda şəklində birgə iş aparır. Narkotik vasitələrdən istifadə ilə bağlı erkən dövrdə müraciət edən xəstələrin müalicəsi ilə 5 il və daha uzun müddət istifadə edənlərin müalicəsi fərqlənir. 6-12 ay ərzində narkotik maddə istifadə edənlərin reabilitasiyası daha tez baş verir. Yəni, detoks proqramını bitirməklə müalicə kursu yekunlaşmır. Detoksdan sonra başladılan reabilitasiya mərhələsində xəstədə baş vermiş psixi dəyişikliklər addım-addım tənzimlənir. Ümumiyyətlə narkomaniyanın geniş vüsət almasına mane olmaq üçün təbliğat işi aparılmalıdır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində narkomaniyanın təhlükəli olduğu barədə ictimai rəy yaratmaq və gəncləri narkotik maddə istifadəsindən müəyyən qədər də olsa xilas etmək mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1456   Tarix: 16 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

adlarin menasi hamilelikde qidalanma toy makiyajlari cennet almasinin hazirlanmasi makaron reseptləri qadın və texnologiya düz qarın kosmetika masturbasiya nedir qaynana xərçəng bürcü atalar sozu novruz bayramına aid hakışda