Narkotikdən dünyasını dəyişən azərbaycanlı sənətçinin arvadı efirdə krediti üçün pul istədi - Video
Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib.
Xanim.az -ın axşam.az-a istinadən məlumatına görə, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib:
"Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı".
Leyli xalq artisti Aftandil İsrafilovun onun həyat yoldaşı haqqında dediyi "Narkomanların yasına getmirəm" kəlməsinə münasibət bildirib:
"Ayıbdır. Getməmisən, denən gedə bilməmişəm. O sözün yeri yox idi. Zahid sinir xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən oldu, yatdı ayılmadı".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir