"Nə qədər ki, vəziyyət İran və İtaliyadakı kimi deyil, mübarizəni artırıb, maksimum evdə qalmalısız" – Azərbaycanlı həkimdən 10 TÖVSİYƏ

"Nə qədər ki, vəziyyət İran və İtaliyadakı kimi deyil, mübarizəni artırıb, maksimum evdə qalmalısız" – Azərbaycanlı həkimdən 10 TÖVSİYƏKoronavirus infeksiyası dünyada yayıldıqca, bir tərəfdən də sanki youtubda insanlara bu infeksiyanın əhəmiyyətli bir virus olmadığını izah edən video çarxlara rast gəlinir. "Adi qrip virusudur, öldürmə riski çox aşağıdır, sadəcə 3% xəstəni öldürür, vərəm xəstəliyindən dünyada daha çox adam ölür nəinki korona virusundan" - bu kimi cümlələrlə əminəm ki, siz də rastlaşmısınız.
Milli.Az medicina.az-a istinadən resident kardioloq Arif Cavadovun xüsusi olaraq saytımız üçün hazırladığı maarifləndirici çağırış və məsləhətlərfən ibarət məqaləsini təqdim edir.
"Bütün bu yazılanlar koronavirusu sizlərə təhlükəsiz bir virus olaraq tanıtmasın. Çox ciddi bir xəstəliklə qarşı-qarşıyayıq. İranda və Çində yollarda insanların anidən yıxılmaları vəya ictimai yerlərdə xəstələrin anidən vəziyyətinin pisləşməsi video görüntüləri internet üzərində yayımlanıb. Sizcə bu adi virusdur? Öldürmə riski 3% olsa belə xəstəlik adi virusdan qat-qat çox sürətlə yayılır. Bir ailədə bir nəfər qrip virusu olduqda ailənin digər üzvləri bəzən heç qrip virusuna yoluxmur. Ancaq koronavirus üçün belə deyil. Kontakt qurduğunuz anda yoluxursunuz və siz özünüz də yoluxma mənbəyi olursunuz. Beləliklə ölüm riski aşağı olmasına baxmayaraq çox sürətlə yayıldığı üçün bir çox ölüm hadisələri ilə yollarda, ictimai yerlərdə rast gəlinir. Nə qədər ki, vətənimizdəki vəziyyət İran və İtaliyadakı kimi deyil, nə qədər ki, sevdiklərimiz gözümüzün önündə ölməyib bu xəstəlikdən qorunmalıyıq!
Bu yazını oxuyan kimi əminəm ki, ağlınızda "Necə qorunaq? İran, İtaliya qoruna bilmədiyi halda, biz necə qoruna bilərik?!" sualları yarandı. Bu suallarınıza cavab olaraq sizdən soruşuram.
Niyə Çində yeni xəstələrin sayı gün ərzində 20-30 olduğu halda İran və İtaliyada 800-1000 arasıdır? Çində xəstələrin sayı 1 həftədir ki, 80mini keçmir. Əhalisinin sayı dünyada ən çox olan ölkə bildiyimiz kimi Çindir - 1.4milyard əhalisi var. Bu qədər sürətlə yayılan koronavirusu nəyə görə Çində ümumi xəstə sayı 80mində dayandı? Çünki Çində insanlar koronavirusun ciddiyyətini anladılar.
Öz sevdiklərini itirdikdən sonra, gözlərinin önündə ictimai yerlərdə insanlar anidən öldüyünü gördükdən sonra xəstəliyin ciddiyyətini anladılar və virusdan qorunmaq üçün həkimlərin dediyi bütün məsləhətləri olduğu kimi yerinə yetirərək koronavirusdan qorunmağa nail oldular. 1.4 milyard əhalisi olan ölkənin bu qədər sürətli yayılan bir virusun ölkədə xəstə sayının 80mində dayanması insanların virusdan qorunmaq tədbirlərinə əməl etmədikləri təqdirdə mümkün olmazdı. Elə isə nə qədər ki, öz sevdiklərimizi itirməmişik, nə qədər ki, insanlar gözlərimizin önündə anidən ölməyib, nə qədər ki, siz həyatdasınız və bu yazını oxuyursunuz elə isə qorunma tədbirlərinə əməl edək.
Əllər çiyindən yuxarı qalxmasın
Əllərinizi çiyindən yuxarıda yerləşən orqanlarınıza aparmayın. İlk edəcəyiniz iş budur. Özünüzü bu qorunma yöntəminə öyrəşdirə bildirdiyiniz təqdirdə virusa yoluxma riskini əhəmiyyətli dərəcədə aşağı salmış olacaqsınız. Adi tibbi maskalar bizi virusdan qorumur ancaq əli ağıza-buruna aparmamağı xatırlatmaqda yararlı ola bilər bir müddət öyrəşənəcən. Ancaq maskaların özlərinin istifadə müddəti var o müddət keçdikdən sonra maskalar özləri infeksiya mənbəyinə çevrilir buna diqqət etməliyik.
Əlləri tez-tez yumaq
Əllərinizi tez tez sabunla dirsəyə qədər yumaq çox önəmlidir. Spreyli tibbi spirt daim yanımızda olmalıdır. Əllərinizi yuya bilmədiyiniz zaman vəya təhlükəli mənbələrlə qurduğunuz kontaktdan sonra dərhal dırnaq aralarına diqqət etmək şərti ilə əllərinizi spirtləmək də bizi virusdan qoruyar. Effektiv spirtləmək üçün dırnaqlarınızın uzun olmaması məsləhətdir.
Duzlu su
Evdə daim hazır duzlu su məhlulu olsun. Evə gəldiyiniz zaman ilk işiniz əllərinizi yumaq daha sonra duzlu su ilə ağız boşluğu, burun boşluğunu duzlu su ilə yumaq və qarqara etməyin də virus infeksiyasından qorunmada faydalı olduğu bildirilir.
Təmasdan qorunmaq
Virus ən başda kontakt-fiziki təmas yolu ilə yoluxur. Virusa yoluxmuş xəstənin kontaktda olduğu yerlərə sağlam insan kontakt qurduqdan sonra əlini ağız, burun vəya gözlərinə apardıqda virusa yoluxur. Ən çox biz kontaktda olduğumuz salamlaşmaq hətta salamdan sonra öpərək görüşmək. Bu adətimizə son qoymalıyıq. Liftdə basdığımız düymələr, qapıların tutacaqları, nəqliyyat vasitələrindəki tutacaqlar və.s bunlar hamısı ən başda gələn kontakt qurduğumuz yerlərdir. Çayçılar, restoranlar, metro, avtobus, barlar, kafelər, məktəblər, toplantılar, iclaslar, məclislər və.s kimi yerlərdən uzaq durmaq lazımdır.
Marketlərdə maksimum diqqət
Ən son marketlərlə bağlı daha çox danışılır infeksiya mənbəyi olaraq. Ona görə də bir marketə daxil olduğunuz zaman infeksiya mənbəyinə daxil olduğunuzu unutmayın. Ödənişləri ödəmə kartları ilə edin çünki virusa yoluxmuş bir xəstənin kassirə pul verdiyi vaxt həm kassiri yoluxdurmuş olur həm də kassadakı digər pullar da artıq infeksiya mənbəyinə çevrilmiş olur.
Məsafəni saxla
İnsanlarla 1 metrdən daha yaxın məsafədə ünsiyyətdə olmaq məsləhət görülmür. Çünki asqırma və öskürmə zamanı qarşınızdakı insan 1 metr məsafəyədək virus infeksiyalarını yaya bilir. Asqırarkən vəya öskürərkən salfetlə ağzınızı tutun daha sonra salefti atın. Əgər salfet yoxdursa qolunuzu dirsəkdən büküb ağzınızı tutmağınız məsləhət görülür.
Evdə qal!
İtaliyada şəhərin birinə giriş-çıxış qadağası qoyulacağını eşidənlər şəhərdən çıxıb kənar şəhər və kəndlərə üz tutdular ki, virusun yayılmasını daha da sürətləndirdilər. Evdə oturmaq, çölə çıxmamaq virusdan qorunmağın ən yaxşı üsuludur. Məktəblərin, universitetlərin dayandırılması virusun yoluxma və yayılma riskini aşağı salmaq üçün atılmış bir addımdır. Dərslərin olmamasından istifadə edib alış-veriş mərkəzlərinə, əyləncə mərkəzlərinə gedənlər var ki, virusa yoluxmaq və virusu yaymaq riskini artırmış olursunuz.
Özünüzü yaxşı hiss etmirsinizsə...
Evdən çölə çıxmayın. Özünüzə ayrı bir otaq ayırın. Heç kəslə yaxın ünsiyyətdə olmayın. Əgər temperatur, öskürək və təngnəfəslik şikayətləri yaranarsa, həkimə müraciət edin.
Bu yazını daha da artırmaq olar ancaq yazının uzun olması hərkəsin oxumamasına səbəb ola biləcəyindən sadəcə daha önəmli nöqtələri vurğuladıq. Əlavələrinizi şərhlərdə bölüşə bilərsiniz. Hərkəsin faydalana bilməsi üçün yazını paylaşaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1961   Tarix: 19 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli stress bəzən faydalı olsa da, uzun müddətli gərginli

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

turlar.az

makiyaj etmek qaydalari sade makiyaj sekilleri yemek reseptleri xınayaxdı sözləri fatimə fətəliyeva xəstəliklər gözəllik kosmetika balıq kahfe fali atalar sözü baldiza aid haxisda cinsi elaqe