Nə üçün səhər yeməyi bu qədər vacibdir? Diyetoloqun izahı

Nə üçün səhər yeməyi bu qədər vacibdir? Diyetoloqun izahıAlimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir. Elə atalarımız da səhər yeməyinin insan orqanizmi üçün faydalı olduğunu tövsiyə edib: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı isə tərgit".

Bütün bunlara rəğmən bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.

Milli.az xəbər verir ki, mütəxəssislərin fikrincə, iştahasızlıqla yanaşı ürək bulantıları varsa, həkim müayinəsindən keçmək mütləqdir. Bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.

Dietoloq Nərgiz Nəzərova da səhərlər qida qəbul etməyin insan sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsiri olduğunu deyib. Onun sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsi sadəcə iştahsızlıq və ürəkbulanma ilə əlaqəli deyil: "Bəzi insanlar formada qalmaq üçün səhər qida qəbul etmək istəmir.

Halbuki bu yanaşma qətiyyən həqiqətə uyğun deyil. Çünki səhər yeməyi yeməmək metabolizmi işə salmamaq deməkdir. Gün ərzində qidalar vasitəsilə enerji depolamalıyıq ki, iş fəaliyyətində həmin enerjini sərf edək. Bu enerjinin başlıca qaynağı elə səhər yeməyidir. İnsan orqanizmi qidalardan özünümüdafiə bacarığı üçün lazım olan maddələr alır ki, bu maddələr insanı xəstəliklərə, viruslara, iltihabi xəstəliklər törədən bakteriyalara qarşı qoruyur. Tərkibində "B" və "C" qrupu olan qidalar bu xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir".

Həkimin sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsinin digər səbəbi tənbəlliklə bağlıdır. Onlar zamanlarının çox hissəsini yatmağa və işləməyə sərf edir, buna görə də düzgün və rejimlə qidalanmağa zaman ayırmırlar: "Vaxtının az olması səbəbilə də insanlar yüngül və tez hazırlanan, yaxud da hazır formada olan qidalara üstünlük verirlər. Bu cür qidalar isə heç də sağlam qida hesab edilmir". Dietoloqun dediyinə görə, günümüzdə çox sürətlə yayılan və bir çox müalicəsiz xəstəliklərə səbəb olan piylənmə xəstəliyinin qarşısını almaq üçün mütləq və mütləq səhər yeməyi yeyilməlidir".

Maraqlı     Baxılıb: 2418   Tarix: 01 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

makiyaj etmek qaydalari kosmetika mehsullari sac duzumleri salatlarin hazirlanmasi bezedilmesi morugun faydalari yemək reseptləri fitnes və pəhriz kosmetika bayatılar vətən rus dilini oyrenek 2ci ders toy gecesı burclər