Nə vaxt nə içəcəyinizi bilin!

Nə vaxt nə içəcəyinizi bilin!İçmənin də bir vaxtı var. Necə ki, sağlam qidalanmada nahar yeməyinin müəyyən bir vaxtı olur, maye qəbulunun da müəəyyən saatları var. Xüsusilə qızmar istidə çox susayırıq. Susadıqca içirik, içdikcə susayırıq. Bəs heç düşünmüsünüzmü niyə bu qədər susayırıq? Səbəbi odur ki, su ehtiyatı bitdikdə orqanizm beynə siqnal verir və nəticədə biz susayırıq.

Su orqanizmin öz vəzifəsini yerinə yetirməsi üçün lazım olan əsas ehtiyaclardan biridir. Bədənimizin yüzdə altmışından çoxu sudur. İstər tərləmə, istərsə də, böyrəklər, nəfəs alıb-vermə zamanı bədəndən atılan suyun su içərək geri alınması sağlamlığımız baxımından çox vacibdir. Əks təqdirdə susuz qalan orqanizmdə pozğunluqlar baş verə bilər. Normalda orqanizmin su itkisi çəkinin yüzdə 0.2-si qədər olmalıdır. Məsələn 55 kq çəkisi olan bir qadının su itkisi 110 q olmalıdır. Ancaq su itkisi 0.5 olduqda susuzluq ortaya çıxır.

Bol-bol su için.

Yaz-yay aylarında bol su içmək lazımdır. Çünki digər mövsümlərə nisbətən bu aylarda daha çox tərləyərək, daha çox maye itiririk.Üstəlik isti hava bədəndə həddindən artıq istiləşməyə gətirib çıxarır. Bu vəziyyətdə bədəndəki su, dəridəki məsamələr vasitəsiylə çölə çıxdıqda (tərlədikdə), bədənin daxili və xarici istiliyi tarazlıqlanır və isti havaya daha asan uyğunlaşmanı təmin edə bilirik. Ancaq az su içirsinizsə, sağlamlığınız təhlükədədir deməkdir. Bu vəziyyətdə tərləmə mexanizmi vəzifəsini kifayət qədər davam etdirə bilməz.

Nə vaxt nə içəcəyinizi bilin!

Həddindən artıq su zərərlidirmi?

Su içmək faydalıdır. Amma bunun da bir həddi var. Əgər gündə 3 litrdən çox su içirsinizsə, toxluq və həddindən artıq şişlik ola bilər. Bu da sağlamlığınız üçün lazımlı təməl maddələrin (makaron, tərəvəz və balıq) alışına maneə törədə bilir.Həm də həddindən artıq suya reaksiya verən hüceyrələr mineralların böyrəklər və tər yoluyla atılımasını sürətləndirib böyrəklərin yorulmasına və mineral əskikliyinə gətirib çıxarır. Hələ bir də az duzlu bir diyet tətbiq olunsa,ayaqlarda kramp və yorğunluq kimi problemlər ortaya çıxa bilir.

Dəyişik mayelərqəbul edin

Normal bir qidalanma proqramı ilə bədənimiz gündə təxminən bir litr suqəbul edir.İdealı isə gündə təxminən 2.5 litr sudur.Əsas içkimiz suolsa da, sağlamlığımız üçüngün ərzindədigər içkilərə də üstünlük verməliyik. Çünki orqanizmin sudan başqa mayelərə də ehtiyacı var. Ancaq hər içkinin bir saatı var. Orqanizmin gün ərzindəki tələblərinə ən yaxşı cavabı verə biləcək içkini içmək qədər, nə vaxt içmək lazım olduğunu da bilməkdə fayda var. Qısaca susadıqca içmək kafi deyil. Doğru zamanda doğru içkini seçməkvacibdir.

Saat 08.00

Oyananda 1 stəkan ilıq su üçün.

Bunun səbəbi nədir?Orqanizm gecə boyunca toksin və artıq maddələristehsal edir. Bu maddələrin bədəndən atılımasını asanlaşdırmaq və bədənin istilik mexanizmini gün boyuncatarazlaşdırmaqüçün səhər erkən saatlarda maye qəbul etmək çox faydalıdır.

Nə içməlisiniz? Otaq istiliyindəsaxlanılmış 1 stəkan su içmək böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni toksin və artıqlardan təmizləyir. Dəriyə hamar bir görünüş qazandırır.İstəsənizsu yerinə sidikqovucu və toksin atıcı xüsusiyyətlər ehtiva edən bitki mənşəli çaylar da içə bilərsiniz.

Məsləhət:

Çəkiprobleminiz varsa, içdiyiniz ilıq suya bir neçə damla limon suyu və ya qreyfurutsuyu damladıb qarışdırın.

Bitki mənşəli çay hazırlamaq üçün;

2 çay qaşığı parçalanmış moruq yarpaqlarını 1 çay fincanı qaynar suda 15 dəqiqəsaxlayıb süzün. Çayı ilıq içinn.

Bir başqa alternativ isə;

20 qr radika yarpağı, 10 qr qayınağacı yarpağı və 10 qr atquyruğu yarpağını parçalayaraq 1 fincan qaynar suda 10 dəqiqəsaxlayın və süzün.İlıq olaraq için.

Naharda 1 fincan qəhvəiçin.

Günün ilkhissəsində yəni naharda enerji verən bir içki seçin.Bu günortaya qədər sizi formada tutmalı, zehini xəbərdar etməli və konsentrasiyanı artırmalıdır.

Nə içməlisiniz? Qəhvə sinir sistemini xəbərdar edən maddələr ehtiva edir. Bu maddələr ani enerji verib, zehini açır və konsentrasiyanı artırır.Həm də maddələr mübadiləsini sürətləndirir.

Məsləhət:

Qəhvə içməyi sevirsinizsə, susuzluğu aradan qaldıran sərinlədici bir içkiyə nə deyirsiniz? Bunun üçüntünd bir qəhvə hazırlayın, qəhvəyə 1 çay qaşığı şəkər qatıb soyumağa qoyun. Bir neçə təzə nanə yarpağı, 1 diş qərənfil və bir neçə parça buz əlavə edin. Soyuducuda 5 dəqiqəsaxlayıb için.

Başqabir alternativ;

Qəhvə fincanının dibinə bir az kakao səpin. Üzərinə 1çay qaşığı espresso qəhvə əlavə edin.İsti süd töküb qəhvə əriyənə qədər qarışdırın. Yarım çay qaşığı damla şokolad ilə bəzəyibiçin.

Nə vaxt nə içəcəyinizi bilin!
Saat 10.30

1stəkantəzəmeyvə şirəsiiçin.Səhərlər saat 10:00 ilə 11:00 arasında bədənin su ehtiyatı azalır. Qan şəkəri düşür. Oganizmdə yorğunluq və konsentrasiya azalması baş verir. Bu mərhələdəbədənin yenidənbərpası lazımdır. Orqanizmi yenidən təzələyərək gücləndirəcək bəsləyici bir meyvənin suyu faydalı olar.

Nə içməlisiniz? Meyvə şirəsi xüsusilə isti havalarda tərlə itirilən vitamin və mineral duzlarının geri alışını təmin edir.Həmçinin meyvədə olan şəkər sayəsində enerji ilə təzyiqin qalxma və enməsi söz mövzusu olmur. Portağal, , albalı, ərik suyu, bananlı süd və ya çiyələkli süd içə bilərsiniz.

Məsləhət:

Əgər qüvvətli bir nahar etmədinizsə, ya da günortayeməyini əlüstü yemək ilə keçirdinizsə, meyvə şirəsinə zülal və bol kalsium ehtiva edən qatıq və ya süd əlavə edin. Alternativ olaraq toksin atıcı və antioksidan xüsusiyyətli bir içki hazırlaya bilərsiniz. Yaşıl bibərin yarısı, 1 kərəviz sapı və qabıqları soyulmuş 1 pomidoru blendirdəəzin. Bir neçə buz parçasıəlavə edin və için.

Maraqlı     Baxılıb: 2164   Tarix: 28 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek gelinlikler hamiləlik hamileliyin ilk elameti sepkilere qarsi mualice sizanaqlara qarsi resept mirzə ələkbər sabir satiraları kosmetika bakire seksler ikizler orqazm əfsanələr