Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhətiBirinci mərtəbələrdə yaşayan insanlar daha çox ağciyər xəstəlikləri və immunitetin zəifləməsi, yuxarı mərtəbələrdə yaşayanlar isə baş ağrıları, qan təzyiqi və ürək ritminin pozulması halları ilə rastlaşır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim terapevt Şirin Orayeva hündürmərtəbəli binalarda yaşamaqla bağlı risklərdən danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, birinci və ikinci mərtəbələrdə yaşamağın təhlükəsi zirzəmiyə yaxınlığıdır, burada göbələk və kif olur. Yolların yaxınlığında avtomobil qazlarının yığılması, həmçinin isti havalarda asfaltdan çıxan toz və buxarlar da zərərlidir.
Yeddinci mərtəbədən yuxarı mərtəbələrə gəlincə, burada sənaye müəssisələrinin tüstüsü və elektromaqnit şüalanması sakinlər üçün təhlükə yaradır.
"25-ci mərtəbə və ondan yuxarı ekstremal hündürlükdə olan mərtəbələrdə yaşamaq yüksək vibrasiya səviyyəsi, atmosfer təzyiqinin dəyişkənliyi və liftin sürətli hərəkəti zamanı yaranan yüklənmələr səbəbindən təhlükəlidir", -Orayeva bildirib.
Həkim qeyd edib ki, tibbi baxımdan birinci və yeddinci mərtəbələr arasında olan aralıq optimal hesab olunur. Bu mərtəbələrdə lift xarab olsa belə, yüksək mərtəbəyə qalxmaq lazım deyil, həyətdə oynayan uşağa nəzarət etmək rahatdır, həmçinin səs-küy, rütubət və çirklənmə daha azdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1713   Tarix: 30 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

turlar.az

qis geyimləri 2026 toy makiyaji sekilleri qadin sayti zirincin faydaları erotik paltar gozalti maskalar əməliyyatlar kosmetika salatlar maya maskasi ağır itki opusme novruz bayramına aid hakıştalar