Nəcisdə qan izləri görülürsə - Xərçəng, yoxsa başqa səbəblər?

Nəcisdə qan izləri görülürsə - Xərçəng, yoxsa başqa səbəblər?Çox insanlar bu halı utanaraq doğmaları ilə bölüşmür, gizlədir,həkimə getməkdən çəkinir. Vəziyyətin düzəlməsini gözləyənlər isə sonradan çıxılmaz nöqtəyə gəlirlər.
Milli.Az xəbər verir ki, çox zaman nəcisdə piy, həzm olunmamış yemək qalıqları və qan ciddi patologiyalardan, bağırsaq, öd və qaraciyər xəstəlikləri, ən azından həzm pozulmalarından xəbər verir.
Nəcisdə sistemin dəyişikliklər, normadan kənara çıxmalar - istər forması, istər tərkibi, istər rənginə görə, hətta mədə və mədəaltı vəzinin də xəstəliklərindən qaynaqlana bilər.
Əgər nəcisdə qan görünürsə, bu artıq ciddi siqnaldır. Öz bədənindən qan gəldiyini görən və buna biganə yanaşan insan həyatı ilə oynayır desək yanılmarıq.
Nəcisdə yalnız defakasiya zananı al rəng gəlməsi - düz bağırsağın anal çatı, babasildən tutmuş düz bağırsağın şişlərinə kimi gedib çıxa bilər.
Hansı həkimə müraciət etməli?
Nəcisdə istənilən normadan kənara çıxma və qan görünən zaman pasiyent ilk növbədə terapevtə müraciət edib, müvafiq analizlər verməli. Daha sonra ixtisaslı həkimlərə - proktoloq, qastronenteroloqa dərin müayinələr üçün üz tuta bilər.
Bağırsağın digər şöbələrində yarana biləcək qanaxma, qansızma, şişləri ilk növbədə təyin etmək üçün nəcisdə gizli qan analizi adlanan analiz verilməlidir. Əgər laboratoriya nəcisdə gizli qan, yəni hemorroy və çata bağlı olmayan qan izləri aşkar edərsə, o zaman kolonoskopiya qaçılmazdır.
Nəcisin rəngi: nə vaxt problem olur?
Nəcisin rənginə öd təsir edir. Normalda rəng tünd -orta qəhvəyi rəngdə olmalıdır. Qidalanmadan asılı olaraq rəng qısa müddətə dəyişə bilər. Məsələn, qırmızı ərzaqlar yedikdə qırmızı rəng ola bilər. Yaşıl və ya sarı rəng qidanın bağırsaqdan tez keçdiyini, yaxşı sovrulmadığını göstərir. Əgər öddə problem varsa, qalın bağırsaqda öd lazım olan vaxtda olmur deyə, rəng piqmentinə təsir edə bilmir. Ona görə nəcisin rənginin öd olmadan formalaşması o deməkdir ki, kütlə bağırsaqlardan çox sürətlə keçib.
Qara rəng 2 halda olur: ya insan çox miqdarda dəmir maddə qəbul edib, ya da mədə-bağırsaq sisteminin hansısa hissəsində qanama var. Bu da qastritdən, xoradan, kolit, müxtəlif bağırsaq xəstəliklərindən ola bilər.
Bir çox qida əlavələri və dərmanlar da nəcisin rənginə təsir edir. Dərman qəbulundan sonra belə hal baş verirsə, bu barədə dərmanı təyin edən həkimə məlumat verin.
Həzm olunmamış qida qalıqları
Bir çox məhsullar, qidalar var ki, məsələn, qarğıdalı, nar, meyvələrin qabığı, toxumlar həzm olunmamış formada nəcislə xaric ola bilir. Bu normaldır. Əgər nəcis çox duru, sıyıq formasındadırsa, deməli, qida qalın bağırsaqda çox qalıb. Bunun qarşısını almağın bir yolu çiy meyvə-tərəvəz qəbulunu azaltmalı, yüksək lifli qidalar -yarmalar, kök, alma püresi, düyü, banan yeməlisiz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1870   Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

turlar.az

geyim necə seçməli hamiləlik reseptler qızartma reseptləri usaq sampunlari tutun xeyri intim pozalar kosmetika sağlıq qardasa aid haxistalar vicdan xanim.az vetene aid bayatilar