"Neftçilər Xəstəxanası atamın müalicəsinə pul istəyir" - Səidə
Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatmışdı deyə, narahat etmək istəmədim.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova "Xəzər" TVdə yayımlanan "Səni axtarıram" verilişində deyib. Sənətçi Mərkəzi Neftçilər Xəstəxanasının ondan müalicə üçün pul tələb etdiyini də bildirib.
"Mənə zəng etdilər ki, Səidə xanım, bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm", - Səidə ağlayaraq qeyd edib.
Qeyd edək ki, R.Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir