Neftçinin son sözləri: "Ata, burada yanğın baş verib, məndən narahat olmayın"

Neftçinin son sözləri: "Ata, burada yanğın baş verib, məndən narahat olmayın"Göyçay rayonu Qaraməryəm kənd sakini olan Həsənov Zaur Vahid oğlu "Günəşli" neft yatağında baş verən yanğında itkin düşən neftçilərdən biridir.

Qadinsayti.az-ın APA TV-yə istinadən məlumatına görə, 40 yaşlı Zaur ayın 15 gününü dənizdə işləyib.

Zaur Həsənovun 15 günlük iş növbəsi dekabrın 6-da bitəcəkmiş. Zaurun həyat yoldaşı, ata-anası, övladları hələ də şad xəbər eşidəcəklərinə ümid etdiklərini, onun möcüzə nəticəsində sağ qalaraq evə dönəcəyi ümidi ilə yaşadıqlarını bildiriblər.

Onlar dənizdə hadisə baş verən zaman Zaurla tez-tez əlaqə saxladıqlarını deyiblər. Üç övladı olan Zaura qəza anında əvvəlcə həyat yoldaşına, sonra atası və qardaşına zəng edib. Həyat yoldaşına deyib ki, yanğın baş verib. Bir saatdan sonra atası Vahid Həsənov oğlu ilə əlaqə saxladıqda, o, iş yoldaşları ilə birgə xilasedici qayığa mindiklərini, yer darısqal olduğu üçün danışa bilmədiyini və telefonun enerjisinin tükəndiyini deyib: "Dedi ki, ata, burada yanğın baş verib, xilas olmağa çalışırıq, məndən narahat olmayın. Telefonda Zaur və yanındakı yoldaşlarının qışqırıq səsləri eşidilirdi. Onlar "Ay Allah bizə kömək ol", deyirdilər".

Zaurun qardaşı Müşfiq isə eyni vaxtda 8-ci özüldə işdə olub. O da sonra qardaşı ilə əlaqə saxlaya bilməyib, telefonuna zəng çatmayıb: "Mən də həmin vaxt dənizdə işdə olmuşam, 8-ci özüldə idim. Çox güclü külək var idi dənizdə. Görünməmiş hadisə idi. Heç bir texnika ilə kömək eləmək mümkün deyildi. Fəlakət, külək qardaşımı da apardı".

Ailə üzvləri deyib ki, Zaur yaşasaydı dekabrın 16-da böyük oğlunun, dekabrın 24-də isə özünün ad gününü qeyd edəcəkmiş.
Neftçinin son sözləri: "Ata, burada yanğın baş verib, məndən narahat olmayın"

Xəbərlər     Baxılıb: 2417   Tarix: 08 dekabr 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli geyim seçimi həkim məsləhəti pomidorun ziyani sizanaqlara qarsi zeytunun hazirlanmasi gavalı salatı kosmetika insan uşaq nece olur bayatı vusale elizade porno