Nərgiz Paşayevanın qızı Bakıya köçməsinin SƏBƏBİNİ AÇDI

Nərgiz Paşayevanın qızı Bakıya köçməsinin SƏBƏBİNİ AÇDILomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı və "Nargis" nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova xarici ölkədə aldığı təhsil illərini yada salıb.
Publika.az xəbər verir ki, Ü.Mahmudova feysbuk hesabında yeddi yaşından bəri xaricdə yaşadığını qeyd edib. İzləyiciləri ilə həyatı haqqında maraqlı məqamları bölüşən Ü.Mahmudova Bakının onun üçün xüsusi şəhər olduğunu da gizlətməyib:
"Əvvəlcə Türkiyədə, sonra Londonda. Mən Bakı mentaliteti, buradakı həyat haqqında heç nə bilmirdim. Mənim həyata tamamilə başqa yanaşmam, fərqli vərdişlərim vardı. Azərbaycana ildə iki dəfə gəlirdim, yayda və Yeni ildə. Demək olar ki, evdən heç yerə çıxmırdım, vaxtımı ailəmin əhatəsində keçirirdim. Bura necə gəldim? Bu, Londonda adi günlərdən biri idi. Bakalavrı bitirdim, magistraturaya sənəd verdim. Yuxudan oyandım pəncərədən baxdım. Məsələ ondadır ki, London həmişə yağışlı və dumanlıdır. Pəncərədən baxdım və başa düşdüm ki, bu dəhşətli havadan bezmişəm artıq, Bakıya getmək lazımdır. Yarım günə əşyalarımı yığdım, həftə sonu idi və tam əminliklıə uçdum ki, birinci gün qayıdacam. Mənim magistura təhsilim vardı və ən azı iki il İngiltərədə qalmalı idim... Bəli, mən iki günlük getmişdim, amma dörd ildən sonra qayıtdım. Bu dörd ildə mən bir dəfə də olsun Londona getmədim. Mənim geri qayıdış biletim vardı, amma mən ondan heç vaxt istifadə etmədim. Mənim üçün nə qədər gözlənilməz olsa da, Bakıda yeni həyata başladım. Hər şey sıfırdan. Hətta dörd ildən sonra belə hansısa səbəbdən qaytmışdım, ya kiminsə ad gününə, ya da işlə bağlı idi... Bacım Londondan Bakıya və geri uçur. Ancaq mənim ora ilə heç bir əlaqəm qalmayıb. Artıq başa düşəndə ki, ora qayıtmaq istəmirəm, Britaniya nömrəmi söndürdüm və əvvəlki çevrəmlə əlaqə saxlamadım... Mən ətrafa baxırdım və mənim üçün yeni olan həyatı başa düşməyə çalışırdım. Xatırlayıram, uşaqlıq dostlarımla, oğlanlarla gəzintiyə çıxırdım. Mənim üçün bu normal idi, lakin o illər üçün bu, nədənsə cəsarətli addım hesab olunurdu. Guya ki, qız oğlanla çıxırsa, deməli, onlar arasında nə isə var. Düzdür, indi normal hesab edilir... Azərbaycanda məndə çatışmayan istilikdir, hətta bir neçə həftəlik belə buranı tərk etsəm, fərqi yoxdur hara. On gün sonra artıq evə qayıtmaq istəyirəm. Bu qəribə hissdir, sən sadəcə olaraq bilirsən ki, sənin burada evin var".
Xatırladaq ki, "Nargis" nəşriyyat evinin baş redaktoru bu sözləri bir neçə ilə əvvəl bu jurnala verdiyi müsahibəsində etiraf edib.

Xəbərlər     Baxılıb: 3036   Tarix: 07 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

makiyaj instagram sade makiyaj sekilleri qadin sayti yaglarin faydasi varikozun mualicesi daban agrilari atalar sözləri elm haqqinda kosmetika azerb clpaq qadinlari uzeyir uşaq şeirləri hakışdalar birlik