Nevropatoloq: karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündür

Nevropatoloq: karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündürHazırda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə uğurlu nəticə əldə olunur. Hər gün xeyli sayda xəstə sağalaraq evə buraxılır. Bunun səbəbi həm həkimlərin yorulmadan çalışması, həm də vətəndaşların hökumətin tətbiq etdiyi karantin rejiminə riayət etməsidir. "Gözəgörünməz" düşmənlə mübarizədə qazanılan üstünlük nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejiminin məhdudiyyətlərinin bir hissəsi yumşaldılıb, bəzi sahələr fəaliyyətə başlayıb. Lakin arxayınlaşmaq üçün hələ tezdir. Çünki hələ də virusa yoluxma halları var və bu təhlükə bitməyib.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.
"Hər kəsə həm özlərini, həm də yaxınlarını düşünərək məcburi olmadıqda evdən çıxmamağı tövsiyə edirəm. Çünki bununla özümüzü və yaxınlarımızı qorumaqla yanaşı, virusla mübarizə aparan səhiyyə işçilərinə də kömək etmiş oluruq. Ona görə də əvvəlki kimi qaydalara, tövsiyələrə əməl etmək vacibdir. Evdən zəruri olmadıqca çıxmamaqla, karantin rejiminin qaydalarına əməl etməklə yoluxma zəncirini qırmaq mümkündür. Belə bir atalar sözü var: "Güc birlikdədir". Bizdə bu qlobal bəla ilə mübarizədə gücümüzü birləşdirməli, onun tezliklə aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. O zaman özümüzü və ətrafımızdakıları qorumağa və tezliklə bu çətin günləri geridə qoymağa nail ola bilərik. Başladığımız mübarizəni usanmadan sonacan davam etdirək və qalib ayrılaq ki, həyat da öz əvvəlki axarına düşsün", - deyə Y.Rəşidova bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1901   Tarix: 07 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

geyim seçimi donlar 2026 geyim necə seçməli ilk öpüş suni mayalanma ziyani hicab modelleri cadudan qorunma kosmetika novruza aid hakista intim novruz hakistasi vətən həsrətinə aid bayatılar tərəzi