Neyrosensor ağıreşitmənin səbəbləri

Neyrosensor ağıreşitmənin səbəbləriEşitmə azlığı dünyada geniş yayılmış problemlərdən biridir. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, planetin əhalisinin təxminən 12-16 faizi - 275 milyondan çox insan bu və ya digər dərəcədə eşitmə azlığından əziyyət çəkir. Dünyada hər 1000 körpədən 1-2-si eşitmə problemi ilə doğulur. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməyib. Azərbaycanda eşitmə problemi olan insanların sayı 1 milyona qədərdir.
Milli.Az bildirir ki, bu bərədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Şöbə müdiri deyib ki, eşitmə anadangəlmə olmadıqda lal-karlığa səbəb olur. Qulağın xroniki infeksiyaları - məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin əsas səbəbləri hesab edilir.
Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Əgər yaşlı adamlarda yaşla əlaqədar neyrosensor ağıreşitməyə rast gəlinirsə, uşaqlarda, gənclərdə xəstəliyin yaranmasında səbəb burun ətinin mövcudluğu, müəyyən antibiotiklər, qulaqcılardan hədsiz istifadə, qohum nikahlarıdır.
Şöbə müdiri bildirib ki, neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var: "Xəstəlik ən yüngül dərəcədən ən ağır formaya kimi müşahidə edilə bilər. Təəssüf ki xəstəliyin dərman müalicəsi yoxdur. Əgər eşitmənin dərəcəsi yüngüldürsə, yəni, 2-3-cü dərəcədədirsə, bu zaman ən yaxşı üsul eşitmə cihazlarının təyin olunmasıdır. On beş il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadəyə az rast gəlinirdisə, hazırda zamanla bunun tam əksini görməkdəyik. Yaşı 70-dən çox olan insanların yarıdan çoxu isə bu və ya digər ağırlıqda eşitmə azlığından əziyyət çəkir.
Xəstəliyin dərəcəsi ağır olduqda isə koxlear implantasiya əməliyyatı icra edilir. Əməliyyat nəticəsində xəstənin eşitməsi bərpa olunur".
M.Şıxəliyev bildirib ki, eşitmənin keyfiyyətini test üsulu ilə xüsusi kabinələrdə yoxlayırlar. Bu zaman səs aparatlarından istifadə edilir və hər qulağa müxtəlif səslər verilir. Pasiyentin səsi eşidib-eşitməməsinə görə xəstəliyin dərəcəsi müəyyən edilir.
Milli.AzNeyrosensor ağıreşitmənin səbəbləri/news.milli.az

Sağlamlıq     Baxılıb: 2410   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri hamiləlik geyimler 2026 merlin monro qonaq otagi dizayni ayaqqabılar kosmetika intim munasibetler rus dilini öyrənək bayatılarımızda vətən həsrəti vətən haqqında bayatılar efsane