Niyə qadınlar çox üşüyür? - Əl-ayaqlarınızı soyuq edən SƏBƏB

Niyə qadınlar çox üşüyür? - Əl-ayaqlarınızı soyuq edən SƏBƏBƏl və ayaqları heç vaxt isinməyən bu qadınların başlıca problemi nədir?

Hormonlar qadınlara, həm də kişilərə təpədən dırnağa qədər təsir edir. Qadınlarda daha çox olan, hətta "qadınlıq hormonu" olaraq da adlandırılan estrogenin azı da, çoxu da ziyandır. Estrogen hormonu qadınların aybaşı dövründən tutmuş, süd vəzlərinin inkişafı, cinsi həyat, saç və dərinin sağlamlığına qədər bir çox mövzunu əhatə edir.

estrogen hormonunun aşağı və ya yuxarı olduğunu biruzə verən göstəriciləri təqdim edir:

- Estrogenin yüksək olması daxildə öz-özünə yarana bildiyi kimi, xarici təsirlərdən də arta bilir. Ən çox rast gəlinən səbəblər isə yumurtalıqda polikistoz sindromu və xaricdən estrogen tərkibli dərmanların qəbul edilməsidir. Başqa bir təsir estrogeni təqlid edən ksenogenoz adlandırdığımız kimyəvi maddələrdir.

Bu bəzi kosmetik mahsullarda – kremlər, şampunlar, makiyaj ləvazimatları, böcək dərmanlarında (yəni yediyimiz meyvə və tərəvəzlərin üzərində) və plastik qablarda olur.

- İstifadə etdiyiniz bir çox kosmetik məhsullarda olan parabenlər də bu hormonun artmasına səbəb olur. Qara ciyər pozulmalarını və yumurtalıqlarda şişləri də estrogen yarada bilir.

Əgər bel ətrafındakı piylərdən, selülitdən, varikoz və tüklənmədən şikayətiniz varsa, demək estrogen hormonunuz yüksəkdir. Bədəninizdə bu hormonu tarazlamaq üçün yağ tərkibi aşağı olan yüksək lifli qidalarla qidalanmaq, arıqlamaq və sink tərkibli qidalar qəbul etmək lazımdır.

- Qidalanma estrogen hormonunun səviyyəsini qaydasına salmaqda çox əhəmiyyətli rola malikdir. Kələm, brokoli, ispanaq kimi tərəvəzlər yeyin. Yulaf yarması, kəpəkli düyü və çia toxumundan istifadə edin. Miqdarını aşmamaq şərtiylə Hindistan qozunun yağını salat, tərəvəz və istədiyiniz yeməklərə əlavə edə bilərsiniz. Yediyiniz yumurta da stress hormonlarını idarə edərək rahatlamanıza kömək edəcək.

Bundan başqa, ərik qurusu estrogenin səviyyəsini tarazlayır, nizamlı aybaşı olmanıza kömək edir. Xüsusilə də somon balığı tərkibindəki yağ turşuları ilə yüksək əhval-ruhiyyənin yaranmasına gözəl təsir edir. Həftədə iki dəfə yeyə bilərsiniz. Ancaq soya tərkibli məhsullardan uzaq durmağa çalışın.

- Qadınlarda menopoz dövründə estrogenin ifrazı azalaraq bitir. Doğumdan sonra da estrogenin səviyyəsi aşağı düşür. Həmçinin davamlı pəhriz saxlamaq, sağlam yağlarla qidalanmamaq, çox stresə məruz qalmaq hormonlarda pozulmalara yol açır. Tez-tez yorulur, unutqanlıq və diqqət dağınıqlığı yaşayır, özünüzü depressiyaya düşmüş kimi hiss edir, cinsi istəksizlik başlayıb, saçınız tökülür, anidən sizi isti basır, sonra üşüyürsünüzsə, əl və ayaqlarınız soyuqdursa, estrogen hormonunuz aşağı olmasından xəbər verir.

Maraqlı     Baxılıb: 2341   Tarix: 11 sentyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

hamiləlik geymler 2026 geyim necə seçməli qara qaragat hepatitlər pomidorun ziyani əli əmirli kosmetika qardasa aid haxistalar big.az vətən haqqında bayatı burclerin uyumu badambura