Nizami Gəncəvinin həyatı və yaradıcıllığında verdiyi tövhələr

Nizami Gəncəvinin həyatı və yaradıcıllığında verdiyi tövhələrNizami Gəncəvinin həyatı və yaradıcıllığında verdiyi tövhələr

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncə də vəfat etmişdir.

Nizami Gəncəvi təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır.

Nizami Gəncəvinin əsərlərini araşdırdıqda İslam dini və İslami düşüncə tərzinin bütün xəmsə boyu qırmızı bir xətt kimi keçdiyinə şahid ola bilərik. Azərbaycan türk ədəbiyyatının böyük şairi Nizami Gəncəvi bütün əsərlərində islami dəyərlərin şərhinə geniş yer vermiş, uca Allahın (c.c) müqəddəs kitabında olan buyuruqları bədii bir biçimdə açıqlamış, insanların bu ilahi dəyərləri qavraması, bu ilahi ölçüləri qəbul etməsi üçün çeşidli vasitələrdən istifadə etmişdir.(2)

Bu vəsilə ilə dahi ədibin,Şeyx Nizami Gəncəvinin əsərlərinə nəzər saldıqda onun İslam dinini, Səadət əsrini çox gözəl bildiyini və əsl Peyğəmbər sevdalısı olduğunu görə bilərik.

Ustad şairin şerindən nümunələrə keçməmişdən əvvəl onun poemalarının əvvəlidə yer alan minacat,nət kimi şer formaları haqqında bilmək maraqlı olardı:

Minacat- dini məşmun daşıyır. Orada Allahın Xaliq, bəndənin məxluq olduğu təstiq edilir. Minacat müəllifi bütün itaətkar məxluqa, eləcə də özünə Allahdan rəhm, kömək istəyib ona yalvarır. Bu baxımdan N.Gəncəvinin "Sirlər xəzinəsi"ndə minacatın ən gözəl nümunəsi verilir :

Köməksiz biçarəyik, əlindənir çarəmiz,

Sən də çarə qılmasan kimdən umaq çarə biz?

Nət. Minacat bitdikdən sonra şair, son peyğənbərin qüdrət və qütsiyyətindən söhbət açır, onu dəbdəbəli dillə tərifləyir ki, bu tərif də nət adlanır. Nət də miinacat kimi dini mahiyyət daşıyır və məsnəvi şəklində qafiyələnir (3)

Leyli və Məcnun poemasında "sonuncu Peyğəmbərin tərifi" bu misralarla başlayır :

Ey varlıq mülkünə böyük şahsüvar,

Əqlin sultanısan, zəkavətin var.

Sonusan o mürsəl peyğəmbərlərin

Sonun halvasısan, duzu əvvəlin.

Varlıq bağçasının ilk gülü sənsən,

Zamanın sonuncu sərkərdəsisən.

"Varlıq bağçasının ilk gülü və zamanın sonuncu sərkərdəsi" adlandırılan Peyğəmbər əfəndimiz(sas) sonrakı misralarda belə təsvir edilir :

Gözlər işıq alır ayaq tozundan,

Aləm işıqlanır daima ondan.

Səndən işığını almayan bir şam

Sönər öz yeliylə, qaralar müdam.

Bu misralar ilə Peğməbər(sas)dən işiq almayan yəni onun sonsuz elmindən, əxlaqından nəsibinin olmayanların, onun Sünnət-i seniyəsinə uymayanların halından bəhs edilir. Sonrakı misralarda bu Nurun qaynağı barəsində söhbət açılır və bu Nurun ta Adəm(as)ın vaxtından var olduğunu Allah(cc)ın hər şeydən əvvəl bu Nuru yaratdığına işarə edilir :

Mənalar mülkünün ilk qaynağısan,

Dirilik suyunun baş bulağısan.

Sənin torpağınla bəzəndi Adəm,

Nurinlə parladı hər iki aləm.

Sənin iksirinlə rəngləndi torpaq,

Bu dünya səninçin yaranmış ancaq.

Müxtəlif gizli və aşkar rəmzlərlə zəngin olan poemada daha sonrakı misralar İslam dinin şərtlərindən biri olan və meracda Peğməbər(sas) vasitəsi ilə insanlara əmr edilən beş vaxt Namaz bu şəkildə vurğulanır :

Bu beş vaxt namazdır əsli tövbənin,

Beş növbə təblidir qapında sənin.

Quruldu diniyin beş bünövrəsi,

Yüz min zülm evinin kəsildi səsi.

Adət üzrə padşahların sarayında gündə beş dəfə təbil vurulardı; islam dinində isə hər bir müsəlmanın gündə beş dəfə üzünü Kəbəyə tutub namaz qılması vacibdir. Şair Məhəmməd(sas)i padşaha və beş vaxt namazı onun sarayında vurulan beş növbə təbilə oxşadır. Məhz beş vaxt namazla müsəlmanlar onlara quluralan tələlərdən azad olmuş, zülmün səsi kəsilmişdi.

Daha sonrakı beytlərdə Peğməbər(sas)in insanlara miras qoyduğu öyütlərindən və bu öyütləri yaşadan dörd böyük xəlifədən söhbət açılır:

Bu evə yeddi səqf yaratdın yenə,

Tapşırdın onu da dörd xəlifənə.

Siddiq sədaqətə olmuşdur rəhbər,

Faruqi fərqdən uzaq bildilər.

O, allahdan qorxan həyalı qoca

Tanrının şiriylə həmdərs olunca,

Dördü də bir yolun sarbanı oldu,

Dördü də bir ləkin reyhanı oldu.

Bu misralardakı dörd xəlifə – Hz.Əbu Bəkr, Hz.Ömər, Hz.Osman və Hz.Əli(ra)yə işarədir.
Siddiq – birinci islam xəlifəsi Əbu Bəkrin ləqəbidir.

Faruq – ikinci islam xəlifəsi Ömərə işarədir ki, o Haqqı batildən fərqləndirmişdir.
O, Allahdan qorxan həyalı qoca Hz.Osmana işarədir belə ki, bir hədisi şərifdə Allah Rəsulu(sas) "Mələklərin belə ondan həya etdiyi bir kimsədən necə həya etməyim? Allaha and içirəm ki, mələklər Allah və Rəsulundan (s.ə.v) həya etdikləri kimi, Osmandan (r.a) da həya edərlər." Səhihi Müslim, Bab’u Fəzail-i Osman c7, .s.117.

Tanrının şiri isə məlum olduğu kimi Hz. Əli(ra)nin ləqəbidir.

İslam dinin dörd böyük xəlifəsini bu cür poetik ifadələrlə tərifləyən şair, bundan sonrakı misralarda bu dördlüyü evin dörd divarına bənzədərək mükəmməl bir metafora nümunəsi sərgiləmişdir :

Bu dörd xəlifəylə güldü məmləkət,

Hər ev dörd divarla qurular, əlbət.

Bu dördlük birləşdi qoca dünyada,

Bu dördbucaq evi gətirdi dada.

Sən, dinin evinə dörd dirək vurdun,

Ona bu qaydayla dörd çatma qurdun.

Sənin qaşın kimi haman dörd nəfər

Gah ayrı düşdülər, gah birləşdilər.

Yerin əl bağlayan bu halqasından

Bircə sıçrayışla ərşə qalxırsan.

Maraqlı     Baxılıb: 37277   Tarix: 06 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

turlar.az

həkim məsləhəti sade makiyaj sekilleri toy gecesi masqalar 2026 hicab geyimləri qadın orqanizmi qadın dünyası kosmetika salatlar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ziyafet geyimleri muellim seiri novruza aid hakışda