Növbəti koronavirus pandemiyasına gəlir? - virus AŞKARLANDI
Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar.
Milli.Az-nın xəbərin görə, bu barədə təhqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc edilib.
HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər.
MERS virusunun "qohumu"
HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır.
Virusun mənşəyi - yenə də yarasalar
HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra, yəni virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları vasitəsilə yoluxa bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur. /APA
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi