Noxudun faydaları

Noxudun faydalarıSarı noxud birillik taxıl bitkisinin meyvəsidir. Noxud bitkisinin hündürlüyü 20-70 sm-ə qədər qalxır. Onun xırda yaşıl yarpaqları olur. Noxudun meyvələri isə 1-3 sayda olmaqla xırda dənələrdən ibarət olur.
Bu bitki çox istisevər bitki olub vegetsiya dövrü 90-100 gün, gec yetişən növündə isə 150-220 gün çəkir. Noxud bitkisi 8-11 C dərəcədən aşağı tempratura davam gətirə bilən bitkilərdən deyil. Onun normal yetişməsi üçün 24-28* C tempratur lazımdır.
Sarı noxududn vətəni Orta Asiya ölkələri hesab edilir. Şərqi Avropa, Şərqi Afrika. Hindistan, Aralıq dənizi bölgələrində də sarı noxud yetişdirilir.
Sarı noxud dünya mətbəxində paxlalı bitkilər arasında yaşıl noxud və lobyadan sonra üçüncü yerdə durur.
Noxudun Tərkibi
Sarı noxudun tərkibi zülallar, yağlar, liflərlə zəngindir. Noxudda kalsiumun, maqniumun, kaliumun, A və C vitaminləri inanılmaz qədər boldur. Noxudun əsas tərkibini əvəzolunmaz turşular - metionin və triptofan tutur.
Müasir alimlər paxlalı bitkilər arasında sarı noxudu daha çox dəyərləndiririlər. Noxudun tərkibində olan zülalların miqdarı yumurtanın tərkibindəki zülalların miqdarına çox yaxındır. Onun tərkibi A, B1, B2, B6, C, PP vitaminləri və minerallarla zəngindir.
Noxudun Xeyri
Noxud yemək ürəyin işini yaxşılaşdırır, qanda şəkərin miqdarını neytrallaşdırır. Ondan ürək-damar xəstəliklərinin profilaktikasında istifadə eləmək olar. Sarı noxud bədənə enerji verir, qaraciyəri, qanı təmizləyir. Onun gözün billur qişasını müdafiə etmək qabiliyyəti vardır. Belə ki, noxudun tərkibindəkilər billur qişada olan yorğunluğu aradan qaldırır, görməni yaxşılaşdırır.
Arıqlamaq üçün noxudu aşağıdakı qaydada bişirib qəbul eləmək lazımdır:
Noxud soyuq suda isladılır, 8 saat keramik qazanda qaynadılır. Sonra suyu süzülür və ət maşınının xırda gözündən keçirilir. Üyüdülmüş noxud gün boyu kiçik hissələrlə yeyilir. Aclıq hissi çox olduqda isə müxtəlif salat və şorba bişirib, içərisinə üyüdülmüş noxuddan qatılıb içilir. Sonrakı gün proses yenidən təkrarlanır. Bir həftə boyu bu qayda ilə qidalanmaq həm arıqlamağa, həm də orqanizmin toksinlərdən təmizlənməsinə, həm də orqanizmin mineral və vitaminlərlə qidalanmasına səbəb olacaq. Bu müalicə bir həftədən bir təkrarlanır və 3 ay müddətində davam etdirilir.
Bir çox ölkələrdə noxuddan xumus (püre), falafel hazırlayırlar. Bəzi dünya mətbəxində noxudu bir çox yeməklərə qatırlar.
Noxudun Ziyanı
Sarı noxudun orqanizmə heç bir zərərli təsiri yoxdur. Amma həddindən çox noxud yemək qarında köpə, meteorizmə səbəb ola bilir. Bunun səbəbi isə noxudun tərkibində paxlalı bitkilərə xas olan oliqosaxaridlərin olmasıdır. Bu maddə öddə çətin həzm olur və mədə-bağırsaqlarda problemlərin əmələ gəlməsinə səbəb olur. Bunun baş verməməsi üçün isə qoxud qəbul edən zaman qida qəbulunu nəzarət altında saxlamaq lazımdır. Belə ki, noxud yedikdən sonra ikinci qida qəbulunu ən azı 4 saatdan sonra qəbul eləmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1620   Tarix: 24 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları qadın geyimi gavalı salatı hakista hamiləlik və analıq şef master kosmetika bahar sac duzumleri damla novruza aid hakistalar bir arzum var