Nura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdı

Nura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdı"Vaqif Qurbanova Milli Qəhrəman adı verilib.
Bu xəbər bizi çox duyğulandırdı, çünki anam - Firəngiz Səttarova - illər öncə onun haqqında öz kitabında yazmışdı. O vaxtlar Vaqif bəy barədə məlumat çox az idi, sosial şəbəkələr isə hələ aktiv deyildi".
azxeber.com xəbər verir ki, bunu müğənni Nura Suri özünün sosial şəbəkədəki şəxsi səhifəsində qeyd edib.
Müğənni qeyd edib ki, anası kitabında Vaqif Qurbanovun həyat yolunu və qəhrəmanlığı barədə qeyd edib:
"Anan onun qəhrəmanlığı və həyat yolu barədə
belə təsvir etmişdi:
"1992-ci ilin aprel ayına kimi hərbi təyyarələr olan SU-25-lər Sitatlaç hərbi təcrübə meydanında yerləşdirilirdi… Onlardan biri də Vaqif Qurbanov idi. Onun məqsədi SU-25 təyyarəsini qaçırmaq və onu ordumuz üçün istifadə etmək idi"
"08.04.1992-ci ildə baş leytenant Vaqif Qurbanov SU-25 təyyarəsini qaçırıb Yevlaxda yerə endirdi. Təyyarənin bizim ordunun xidmətinə verilməsi azadlıq uğrunda döyüşlərdə mühüm rol oynadı"
"Vaqifin son uçuşu 13 iyun 1992-ci ildə olub… Yevlaxla əlaqə yarandı, lakin bir neçə dəqiqədən sonra kəsildi. Sonradan məlum oldu ki, o, geri dönə bilməyib…"
"O vaxtlar bütün xalq Vaqif Qurbanovla fəxr edirdi. Onun qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində iz qoymuşdu. Vaqif Qurbanov Azərbaycanın hərbi aviasiyasının təməlini qoyan ilk təyyarəçilərdən biridir"
O dövrlərdə belə insanların adları az hallanırdı, məlumat çatışmaz idi. Amma bu gün o qəhrəmanlıq nəhayət ki, layiq olduğu qiyməti aldı.
Bu yaxınlarda valideynlərimlə birlikdə Xəzər televiziyasının qonağı olduq. Verilişə baxan çox sayda tamaşaçı xoş sözlər yazdı, və bir çoxu qeyd etdi ki, valideynlərim və onların mübarizə yolu haqqında indiyə qədər məlumatsız idilər.
Gec də olsa, Vaqif Qurbanovun Milli Qəhrəman adına layiq görülməsi bizim üçün həm sevinc, həm də qürur hissidir.
Onun qızı Sevinc xanımı valideynlərim adından səmimi-qəlbdən təbrik edirəm.
Hərbi Hava Qüvvələrimizin yaradılmasında böyük rolu olan insanlardan biri də Xanlar Səttarovdur.
O, bir vaxtlar polk komandiri kimi həlak olan pilotların Milli Qəhrəman adına təqdim olunması ilə bağlı rəsmi sənədləri şəxsən imzalayıb göndərən insandır.
1992-ci il fevralın 13-də tapşırıq gəldi ki, Səngəçaldakı rus ordusundan qırıcı helikopterləri qaçırmaq lazımdır.
Bu tapşırığın icrası Xanlar Səttarovun rəhbərliyi ilə həyata keçirildi.
Xanlar Səttarov Zabrat aeroportundan (mülki aviasiya) pilotlardan ibarət bir komanda topladı. Komandada Yavər Əliyev, Firuz Cəlilov, Mirməmməd Ağayev, Edison Həsənov və Zakir Yusifov yer alırdılar.
Onlar Səngəçala yollandılar və orada mayor Seyfəl Cəlilovun köməkliyi ilə helikopterləri işə salaraq havaya qaldırdılar.
Helikopterlər Zabrat aeroportuna gətirilərək gizlədildi.
Daha sonra həmin qırıcı helikopterlərdə Azərbaycan pilotları təlim keçdilər və iki ay sonra Birinci Qarabağ müharibəsinə yollandılar.
Bu əməliyyat Azərbaycan Hərbi Hava Qüvvələrinin formalaşmasında mühüm rol oynadı və Xanlar Səttarovun adını hərbi tariximizə qızıl hərflərlə yazdı.
Mən inanıram ki, Xanlar Səttarov kimi igid insanlar da bu ada layiqdir.
Arzum budur ki, qəhrəmanlara dəyər zamanında verilsin.
Nura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdıNura Suri Vaqif Qurbanova Milli Qəhrəman adının verilməsindən yazdı/Sonxeber.az

Şou Biznes     Baxılıb: 1253   Tarix: 11 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

turlar.az

kosmetika mehsullari geyim necə seçməli geyim seçimi elme aid atalar sozleri qadın hüquqları doslu qizlar geyimlər kosmetika hakisdalar uzeyir novruz bayramina aid vətənə aid yemekler