Öd kisənizin yaxşı işləmədiyini göstərən SİMPTOMLAR

Öd kisənizin yaxşı işləmədiyini göstərən SİMPTOMLARÖd kisəsi kiçik olsa da orqnanizmdə vacib orqandır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.
Armuda bənzər formadadır, özünün yolları var. Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.
Öd kisəsi və yollarının xəstəlikləri, problemi bütünlükdə orqanizm üçün fəsadlar yaradır. Öd ağrı verən orqandır. Ona görə onun çətində olduğunu bilmək asandır.
Saglamolun.az medicina.az-a istinadla öd kisənizin artıq tükəndiyini və təhlükədə olduğunu göstərən 6 siqnalı təqdim edir.
1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı
Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.
Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.
2. Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma
Öd daşları öd yollarını tutduqda, xolesistit adlı iltihabi proses yaradır. Bu zaman öd bağırsağa keçə bilmir, həzm pozulur. Ödün divarları şişir, ağrı verir və bu mədəyə də təsir edərək, ürəkbulanma, qusma verir. Əgər yeməkdən sonra qusmalar artırsa, ödünüzü yoxladın.
3. Mədədə yanğı, qıcqırma
Hər yeməkdən sonra mədədə yanma, gəyirmə, hıçqırma, ağıza acı öd dadı gəlməsi əlaməti varsa, bu öd daşı problemidir.
4. Dərinizin rənginin dəyişməsi
Əgər dəriniz, göz içi, ovuclar sanki gündə qaralmış, yanmış kimi rəng alırsa, saralırsa, bu öd yollarının tam tutulmasının əlamətidir. Öd daşı və ya hər hansı səbəb öd kisəsinin çıxacağını tutursa, istifadə olunmamış bilirubin yığılır və bu dəriyə sarı piqment verir. Bu zaman qanda bilirubinin də miqdarı yoxlanmalıdır.
5. Sidik və nəcisdə dəyişiklik
Sidiyin tündləşməsi, nəcisin isə ağarması öd kisəsi pozulmasının birinci siqnalıdır. Bu ifrazat məhsullarının da rənginə bilirubin cavabdehdir. Bilirubin öddən çıxıb, bağırsağa sovrulmursa, deməli, sidik və nəcisdə rənglənmə olmur.
6. Hərarətin səbəbsiz qaxlması, qəfil titrəmə, halsızlıq
Əgər sizdə qrip, virus olmadan, qızdırma, titrəmə baş verirsə, yanaşı olaraq, ürəkbulanma, qarında, sağ qabırğaaltında küt ağrı varsa, çox güman ki, öd axarı tutulub, öd kisəsində iltihab və infeksiya var. Bu çox kəskin vəziyyərdir və təcili yardım, xəstəxanaya müraciət mütləqdir.
Öddə olan 90% dəyişikliklər ağrı verir, təkcə polipdən başqa. Öd kisəsi, qaraciyər ildə 2 dəfə yoxlanmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 970   Tarix: 22 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bayram günü ilə bağlı vacib XƏBƏRDARLIQ

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.  bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib. Mütəxəssisləri

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

.

Dənizlərin altında gənclik iksiri: İnsan ömrü 200 ilə qədər uzana bilər

Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının 200 ili aşan ömürlərinin genetik səbəblərini kəşf ediblər. Bu nəhəng məməlilərdəki xüsusi bir zülalın (protein) DNA bərpasını sürətləndirdiyi və beləliklə, insanlard

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?

"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər". xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib. Onun sözlərin

.

Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA

Sağlam hamiləliyə hazırlıq uzun illərdir əsasən qadının məsuliyyəti kimi qəbul olunur. Hamilə qalmağa hazırlaşan qadınlara spirtli içkilərdən imtina etmək, bəzi qidalardan uzaq durmaq və həyat tərzlərini dəyişmək tövsiy

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər. xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə başgicəllənməsinə qulaqd

turlar.az

geymler 2026 gelinlikler makiyaj instagram uşaq və təhsil gavali haqqinda islamda qadın gündəlik bürclər kosmetika sac modelleri kökəlmək üçün bayraq olumu zencefil