Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi

Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyiBu gün artıq əminliklə deyilə bilər ki, babasil - sivil dünyanın xəstəliyidir. Rəsmi rəqəmlərə görə, min nəfərdən 118-120 nəfər babasildən əziyyət çəkir, lakin bu, aysberqin yalnız görünən hissəsidir - həkimə müraciət edənlərdir. Daha çox "gizlənən" xəstələr var - planetimizin əhalisinin 80% -ə qədər!
Ofis işçisinin həyat tərzi, 8 və ya daha çox saat narahat vəziyyətdə bir yerdə oturmağı, qeyri-rasional qidalanması, xroniki stres vəziyyəti, nəticədə - qəbizlik, artıq çəki - bütün bunlar qaçılmaz olaraq babasilin inkişafına səbəb olur. Lakin babasilin inkişafının başqa səbəbləri də var: irsiyyət, böyük fiziki yüklənmələrlə bağlı ağır iş, hamiləlik və doğuş, spirtli içkilərin sui-istifadəsi və hətta tualetdə uzun müddət ərzində oturmaq vərdişi. 
Bütün bu faktorlar babasilin yaranma mexanizmini işə salır - hemorroidal venoz kələflərdə qanın durğunluğuna səbəb olur. Bu venoz sisteminin qanla həddən artıq dolmasına, damarların uzanmasına və genişlənərək divarların nazikləşməsinə, vaxt keçdikcə isə babasil düyünlərinin əmələ gəlməsinə gətirib çıxarır.
Babasil tədricən və gözədəyməz şəkildə inkişaf edir; insan xüsusi narahatlıq yaşamır, yalnız ara-sıra defekasiya aktından sonra anal nahiyyədə diskomfort, ağrı, qaşınma, göynəmə ola bilər. Bəzən xəstədə arxa keçəcək dəliyində yad cismin olması hissi yaranır; defekasiya aktından sonra tez-tez davamlı zoqqultulu ağrılar olur. Lakin babasil yalnız xoşagəlməz hisslərə səbəb olmur - o dəmirdefisitli anemiya, trombozlar və hemorroidal düyünlərin boğulması kimi ağırlaşmalar ilə təhlükəlidir.  
Babasilin profilaktikası (qarşısını almaq) üçün qida rejiminə əməl olunmalı (fastfut qidalar, quru qidalar azaldılmalı), alkaqollu, qazlı içkilər az qəbul olunmalıdır. Aktiv həyat rejimi (idman və yürüşlər) seçilməlidir. Xəstəliyin ilkin əlamətləri meydana çıxdıqda babasil əleyhinə müalicəyə başlanmalıdır. Erkən mərhələlərdə konservativ (əməliyyatsız) müalicəsi mümkündür, gecikmiş mərhələnin isə müalicəsi daha çətin olur. 
Babasilin müalicəsi kompleks şəklində aparılır -  nəcis kütlələrini normal konsistensiyaya salan pəhrizə riayət etmək, oral olaraq daxilə qəbul edilən (kapsul, tablet) və yerli təsirli (məlhəm, gel, krem, şam və s.) preparatlardan istifadə etmək məsləhət görülür. Klinik əlamətlərin yüngülləşməsinə və kəskinləşmə riskinin azaldılmasına görə daha çox yerli müalicəyə üstünlük verilməlidir. Yerli təsirə malik vasitələr içində məlhəmlər xüsusi yer tuturlar, çünki məlhəmlərin əsasını yağlı maddələr təşkil edir (vazelin və digər yağlar), gel və kremlər isə qismən su əsaslı olur. Məhz buna görə məlhəmlər daha yüksək konsentrasiyaya malik olub, zədələnmiş ocağa daha yaxşı sorulur və tibbi effekti daha yüksək olur.
Apteklərdə babasil zamanı istifadə olunan müxtəlif məlhəmlər vardır. Babasilin əlamətlərindən qurtulub normal həyata qayıtmaq üçün zəngin tərkibli, yüksək konsentrasiyalı  iltihab əleyhinə, yarasağaldıcı, ağrıkəsici, antibakterial, qansaxlayıcı xüsusiyyətlərə malik, ekonomik qablaşdırılması olan (daha uzun müddətə kifayət edən) məlhəmlərdən istifadə edilməsi tövsiyə olunur. 
Vaxtında konservativ müalicə, sizi fəsadlaşmalardan və əməliyyatdan qoruyacaq!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1933   Tarix: 21 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər