Ofisdə işləyənlər üçün qidalanma ilə bağlı məsləhətlər

Ofisdə işləyənlər üçün qidalanma ilə bağlı məsləhətlərGün ərzində ofis işində çalışanların ən çox səthi yanaşdığı mövzulardan biri də qidalanmadır. İşlərin çoxluğundan normal qidalanma arxa plana keçir, sağlam bəslənməni mədə aldadıcı, süni toxluq yaradan fast-food məhsulları sürətli şəkildə əvəz etməyə başlayır. Nəticədə isə sağlamlıqla bağlı bir sıra problemlər yaranır.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, işdə qidalanma tərzi beyinə və fiziki performansa çox böyük təsir göstərir. 
Məsələ burasındadır ki, ofis şəraitində işləyənlər oturaq həyat tərzi keçirdiklərinə görə qida saatlarını unudur, axşama doğru ac qalır və evə gedəndə normadan artıq yeyirlər. Bu isə metabolizmə səbəb olur.
Qida mütəxəssisləri oturaq həyat tərzi keçirənlərə gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz yemək tövsiyə edirlər. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, balıq məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür.
Oturaq həyat tərzi keçirənlərin karbohidrat və şəkər qəbulunu azaltmağı tövsiyə olunur. Qida rasionuna həzmi yaxşılaşdıran süd məhsullarının da əlavə olunması məsləhət görülür. Belə ki, qidada süd və ya qatıq 230-250 qram, pendir isə 50-60 qram təşkil etməlidir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 988   Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qadin sayti sade makiyaj sekilleri maskalar reseptlər yalan danismaq haqqinda atalar sözləri cinsəl sağlamlıq neyrosirkulyator distoniya kosmetika janrlar qz eviyçun hakışta bayatı oxatan faydalı bilgilər