Ögey atasının zorladığı və hamilə qalan 12 yaşlı qızla bağlı son qərarı kim verəcək?

Ögey atasının zorladığı və hamilə qalan 12 yaşlı qızla bağlı son qərarı kim verəcək?Azərbaycanın rayonlarının birində cinsi təcavüz nəticəsində yeddi aylıq hamilə olduğu aşkarlanan 12 yaşlı qız həkim müayinəsindən keçirilir, rəsmilər deyirlər.

Hüquq müdafiəçiləri təkcə azyaşlının körpəni dünyaya gətirib-gətirməməsindən deyil, eyni zamanda, onun psixoloji durumu və gələcəyi barədə narahatdırlar.

Hüquqşünaslar hesab edir ki, müvafiq qanunvericiliyə uyğun olaraq son qərarı həkimlər verilməlidir.

Rəsmilər isə ailə ilə psixoloji iş apardıqlarını bildirirlər.

"..uşaq öz uşaqlığını yaşasın"

Ölkənin şimal bölgəsində yerləşən rayonların birində yaşayan azyaşlı qız təcavüzlə üzləşib və hamilə qalıb. O indi hamiləliyinin 7 aylığındadır, bunu BBC Azərbaycancaya həmin azyaşlıya psixoloji dəstək verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirir ki, 12 yaşlı qızın süni doğuş edilməsinə qərar verilib: "Bu qərarı onun qəyyumu kimi anası verib."

"Bəlkə də uşağı dünyaya gətirmək azyaşlının sağlamlığına daha çox təhlükə yarada bilər", Kəmalə Ağazadə hamiləliyin süni yolla pozulması nəticəsində azyaşlının gələcəkdə ana ola bilməməsi fikri ilə razılaşmır: "İndi tibb elə inkişaf edib ki, qızın ana ola bilməməsi yanaşması absurddur".

Onun sözlərinə görə, hamiləliyin süni pozulmasına qərar verilməsinin əsas səbəblərindən biri ananın 12 yaşında olmasıdır:

"Ortada cinsi təcavüz faktı və qızın gələcək taleyi məsələsi var. Onu aldığı psixoloji travmanın cəngindən almaq istəyirik. Məqsədimiz odur ki, uşaq öz uşaqlığını yaşasın".

Kəmalə Ağazadə vurğulayır ki, azyaşlı hamiləliyinin 24-cü həftəsindədir və bu, hamiləlik üçün böyük müddətdir: "Amma biz 12 yaşlı qızın maraqlarını üstün tutmalıyıq".

"Ola bilər ki, körpə doğulsa..."

Qadın hüquq müdafiəçisi, "Təmiz Dünya" təşkilatının rəhbəri Mehriban Zeynalova düşünür ki, azyaşlı qız, öz uşaq həyatını yaşamalıdır: "Bəlkə də hazırda onun bətnindəki uşağa aqressiyası var, böyüyəndə isə uşağı onda günahkarlıq sindromu yaradacaq".

Mehriban Zeynalova təcrübəsinə əsasən qeyd edir ki, cinsi təcavüz nəticəsində hamilə qalan qadınlar körpələrinə mənfi münasibət bəsləyirlər, hətta bəziləri doğuşdan sonra uşaqdan imtina edirlər.

Hüquq müdafiəçisinin sözlərinə görə, insani baxımdan körpənin doğulması arzu edilə bilər: "Ola bilər ki, bu körpə doğulsa, kimsə onu övladlığa ala bilər və onun həyatını yaxşı mənada dəyişə bilər". Ancaq o cəmiyyətin də münasibətini vurğulayır, deyir ki, müxtəlif ölkələrdə bu cür olaya müxtəlif baxışlar və qanunvericilik var:

"Qərb ölkələrində belə hallar olanda ola bilsin ki, o anayla işləyib uşağın dünyaya gəlməsində, böyüməsində hər cür yardım göstərilə bilər, bəzi Şərq ölkələrində isə, bəlkə də elə ananı da, uşağı da daş-qalaq edərlər".

"Əgər tibbi əks-göstəriş yoxdursa, körpə doğulacaq"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, azyaşlının uşağı dünyaya gətirib-gətirməməsinə həkimlər qərar verəcək:

"Əgər bətndəki körpə sağlamdırsa və dünyaya gəlişinə problem yoxdursa, o zaman proses ananın səhhətinə təhlükə yaratmayacaqsa, uşaq doğulacaq".

Aynur Veysəlova BBC Azərbaycancaya bildirir ki, son qərarı həkimlər verəcək, ancaq uşağın doğulma şansı varsa, vəziyyət azyaşlının anasına izah ediləcək:

"Biz hələ bilmirik ki, 12 yaşlı qız bu uşağı dünyaya gətirə biləcək, ya yox. Əməliyyat olunarsa, uşaq götürülərsə, əməliyyatdan sonra 12 yaşlı qızın özünün səhhəti gündəmdədir. Gərək həkimlər elə qərar versinlər ki, nə doğulacaq uşağa, nə də qızın sağlamlığına zərər dəyməsin".

Aynur Veysəlovanın sözlərinə görə, qızın qəyyumu olan anasına bütün vəziyyət izah ediləcək və hazırda Komitənin əməkdaşları ailə ilə işləyir:

"Əgər uşağın doğulmasına heç bir tibbi əks göstəriş olmasa, körpə dünyaya gələcək. Bu zaman ananın uşaqdan imtina etmək hüququ var. Uşaq doğularsa və ondan imtina edilərsə, körpələr evinə və ya övladlıq götürmək istəyən ailələrdən birinə veriləcək".

Aynur Veysəlova onu da qeyd edir ki, ailə uşaqdan imtina edə bilər, ancaq onun həyatına qərar verə bilməz:

"Uşaq sağlam olduğu halda onu məhv etmək cinayətdir. İnanmıram ki, qızın anası belə bir tələb ortaya qoysun".

"Abort üçün tibbi göstəriş olmalıdır"

Bəs Azərbaycan qanunvericiliyinə görə bu olay necə həll edilməlidir? Bu sualı cavablandıran hüquqşünas Qumru Eyvazova deyir ki, 12 yaşlı yetkinlik yaşına çatmayan qız uşağının hüquqları pozulub, belə ki, "o yetkinlik yaşına çatmamış cinsi əlaqəyə" girib:

"Digər tərəfdən, doğulacaq uşaq hələ doğulmayıb deyə burda hüquq pozuntusundan söhbət gedə bilməz, çünki o hələ dünyaya gəlməyib".

Ancaq hüquqşünas diqqəti ona çəkir ki, Səhiyyə Nazirliyinin 2014-cü ildə qəbul etdiyi normativ akta görə, hamiləliyin 22-ci həftəsindən sonra pozulması üçün mütləq tibbi göstəriş olmalıdır:

"Azərbaycanda 12 həftəliyə qədər hamiləlik ananın istəyi ilə pozula bilər, ancaq 22-ci həftədən sonra mütləq tibbi və sosial göstərişlər olmalıdır."
Xanım Eyvazova konkret bu halla bağlı vurğulayır ki, hamiləliyin 12 yaşlı ananın səhhətinə pis təsir etməsi və ya uşaq doğularsa, bunun 12 yaşlı ananın ölümü ilə nəticələnəcəyi barədə həkim rəyi varsa, yalnız bu halda aborta icazə verilə bilər.

Xəbərlər     Baxılıb: 1696   Tarix: 14 sentyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim və ayaqqabılar geyim şəkilləri toy gecesi sirniyyatlar gənc qalmağın sirləri findiq qabiginin faydalari hakisda kosmetika qurd ve quzu novruz bayrami hakisda naz mila uzeyir burclerin uygunlugu