Oğlunun dərdi onu xərçəng xəstəsi etdi
Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlu Rauf haqda danışıb.
Aktrisa "Sənətsevər" verilişində oğluna görə xərçəng xəstəliyinə tutulduğunu deyib:
"Bala dərdi ağırdı. Nə yaxşı ki, Allah mənə soyuqluq verdi və bu dərdə dözdüm. Onun dərdindən xərçəng xəstəliyinə tutuldum. O bu dünyada yaşaya bilmirdi. Uşaq vaxtı oğlum Raufu iki dəfə məndən almaq istədilər. Sumqayıtda bir ailə var idi, uşağı olmurdu. Deyirdi ki, "Ver biz saxlayaq". bağçaya qoymuşdum, müdiri mənə yalvarırdı ki, "ver saxlayım, sən get oxu". Uşağımı ordan qaçırdım. Üç balamada eyni tərbiyəni vermişəm. Bəzən deyirlər, qudurmuşluqdan pis yola düşüb. Heç vaxt artıq pulum olmayıb. Uşağımı zəhərləyiblər. Həmişə Raufa ölüm arzulayırdım. Onun mənə sön sözü bu oldu: "Ana tarixi geri döndərmək olsaydı... Sən mənə həyat verdin, mən sənin həyatını məhv etdim". Ondan sonra dili tutuldu. Həmişə Allahdan istəyirdim ki, "Raufu məndən əvvəl al. O mənsiz yaşaya bilməz". Allah bu istəyimi yerinə yetirdi".
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.
Onu da qeyd edək ki, Kübra xanım 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN