Oğurlanan iş adamı tapıldı: "Məni zəncirlə bağlayıb..."
İranın Urmiya şəhərində tekstil işi ilə məşğul olan Ziyaəddin Məhəmməd Nejad bizneslə əlaqədar Türkiyəyə gedib.
Nejad orada əvvəldən tanış olduğu şəxslər tərəfindən qaçırılıb. 85 gün əvvəl oğurlanan iranlı iş adamı Ziyaəddin Məhəmməd Nejadı polislər Mardinin Nusaybin mahalında təşkil etdikləri əməliyyat zamanı xilas ediblər.
Xəstəxanada jurnalistlərə açıqlama verən iranlı iş adamı Nejad pula görə qaçırıldığını deyib: "85 gün əvvəl məni pul əldə etmək üçün qaçırdılar. Məni zəncirlə bağladılar, işgəncə verdilər. Videomu çəkib ailəmə "əgər pulu verməsəniz, polisə getsəniz oğlunuzu öldürərik" deyərək təhdid ediblər. Allah Türkiyə dövləti və türk polisinden razı olsun. Mənim üçün çox zəhmət çəkdilər, canımı qurtardılar".
İranlı iş adamının qaçırılması və girov saxlanılması ilə əlaqədar nəzarətə götürülən 8 nəfərin dindirilmə prosesi davam edir.
///milli.az
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir