Ölümdən qorxmuram' - Arif Babayev
"Ölümdən qorxmuram, adama ölümün də şərəflisi qismət ola. Yaxşı ömür yaşamışam, xalq sevib. Məhəlləyə düşürəm hərdən, heç bir Allah bəndəsi salam vermədən keçmir. Hörmət qoyurlar, sağ olsunlar, gərək hörməti qazanasan, həm də qoruyasan".
azxeber.com xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində Xalq artisti Arif Babayev deyib. Sənətçi bəzi xanəndələrin pul qazanan kimi içkiyə başladığını bildirib:
"Çox oxuyan olub, bir az əlinə pul dəyən kimi başlayıb içməyə. O vaxt bir tanınmış xanəndə var idi, adını çəkməyəcəm. Elə içməkdən xəstə düşdü, öldü. İndi də varisləri miras davası edirlər. Mənə dedi iç, kişi içər. Dedim, sən iç, eybi yox, qoy mən kişi olmayım.
Yalan deyə bilmərəm ki, dilimə dəyməyib, hərdən bir az konyak içərdim, cavan vaxtlarımda. Gərək adam ləyaqətini qorusun. Allah mənə gedib Şuşanı, Ağdamı görməyi nəsib elədi. Daha nə istəyim mən bu ömürdən? Allah şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Xalq artisti Arif Babayevin ölüm xəbəri yayılıb. Yaxınları məlumatların həqiqəti əks etdirmədiyini bildirib.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar