"Omicron" insan dərisində nə qədər yaşayır?
Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Çinin Vuhan şəhərində Kovid-19-un ilk yoluxma halı ilə variantlar arasındakı fərqləri araşdırıblar.
Milli.Az lent.az-a istinadla bildirir ki, BioRxiv-də paylaşılan tədqiqat nəticələri göstərib ki, virusun Alpha, Beta, Delta və Omicron variantları plastik səthlərdə və dəridə Wuhan ştammından 2 dəfə çox yaşaya bilir. Tədqiqatda Vuhan tipinin plastik səthlərdə orta ömrü 56 saat, Alpha variantının 191,3 saat, Beta variantının 156,6 saat, Delta variantının 114 saat, Omicron variantının isə 193,5 saat, İnsan dərisində isə virusun dəyişməmiş halının 8,6 saat, Alpha variantının 19,6, Beta variantının19,6, Delta variantının 16,8 və Omicron variantının isə 21,1 saat canlılığını qoruduğu nəticəsini əldə ediblər. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, virusun bütün variantları 35 faiz spirt məhlulu ilə təmasda 15 saniyə ərzində təsirini itirirlər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi