"Omikron" görmə qabiliyyətinə necə zərər verə bilər? - VİDEO

Heç kimə sirr deyil ki, koronavirus, o cümlədən onun "Omikron" ştammı bütün bədəni zədələyir. Xəstə olanlar yaddaşın pozulmasından, qoxuda dəyişiklikdən, daimi zəiflikdən və görmə problemlərindən şikayətlənirlər.
Milli.Az "Vesti"yə istinadən xəbər verir ki, görmə problemləri "Rossiya 1" telekanalının "Ən vacibi haqqında" verilişinin yeni buraxılışında müzakirə olunub.
Oftalmoloq Dmitri Dementyev Covid-19-un gözlərə necə təsir edə biləcəyindən danışdı. Əvvəla, xəstədə konyunktivit inkişaf etdirmə ehtimalı yüksəkdir. Bu xoşagəlməz xəstəliyi olan bir şəxs oftalmoloqun kabinetində görünəndə, ilk işi PCR testini keçirməkdir - və çox vaxt müsbət olur. Dementyevin brifinqdə köməkçisi olmuş aktrisa Alena Xmelnitskaya həkimin sözlərini təsdiqlədi: o, koronavirusa yoluxanda bu simptomla qarşılaşıb.
Koronavirusun daha mürəkkəb nəticəsi gözün tor qişasına zərər verə bilməsidir.
"Omikron" qan laxtalanmasının artmasına, tromboza səbəb ola bilər - torlu qişa da daxil olmaqla. Bu, çox sürətli görmə itkisinə gətirib çıxarır, lakin tam korluğa deyil", - ekspert qeyd edib.
Dmitri Dementyev vurğulayıb ki, koronavirus korluğa səbəb ola bilməz. Bununla belə, son iki ildə bir çox insanlarda oftalmoloji xəstəliklər pisləşib. Bu, karantin dövründə planlı müalicələrə getmək və həkim reseptlərini almaq mümkün olmamasının nəticəsi idi.
Aslan Məmmədov
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 992   Tarix: 04 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar