"Omikron" uşaqlar üçün təhlükəlidir?
Azərbaycanda koronavirusun "omikron" ştammı aşkarlanıb. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K "omikron" variantı aşkarlanıb.
Bu virus dünyanın bir çox ölkəsində yayılıb. Yeni ştamm virusun başqa növlərinə nisbətən tez yayılır. Öldürücülük təsiri isə zəifdir. Bəs, uşaqları bu virusdan necə qoruyaq?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, ciddi narahatlığa ehtiyac yoxdur.
O bildirib ki, bu virusun öldürücülük təsiri "delta" ştammıyla müqayisədə zəifdir. Biz bunu ştammın yayıldığı ölkələrin statistikasından da görə bilərik.
"Uşaqlar bu xəstəliyi virusun digər ştamlarında olduğu kimi keçirdirlər. Əgər uşaq virusun "omikron" ştammına yoluxarsa, müalicə əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılmalıdır. Xüsusilə, uşaqların sosial məsafə saxlaması, tibbi maska taxması, kütləvi yerlərə getməməsi məsləhətdir", - deyə V.Cavadzadə deyib.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Şəbnəm İrandakı fanatından nigarandır - FOTO
Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR
"O səsi tanıdım…" – Aybeniz Haşımovadan qızına kövrək ad günü təbriki
Hər gün daha çox darıxıram' - Oqtay Əliyevi andı
Çak Norris vəfat etdi