Omikronun yüngül görünməsi tələdir, virus bizdən ağıllıdır - Professor

Omikronun yüngül görünməsi tələdir, virus bizdən ağıllıdır - ProfessorABŞ Meyson Universitetinin professoru Ança Baranova yaz və yayda pandemiyanın gedişatı barədə açıqlama verib.
Milli.Az xəbər verir ki, o, Omikronun yüngül keçməsi barədə fikirləri illüziya adlandırıb.
"Omikron qrip kimi yüngül keçir, pandemiya zəifləyir fikirlərinə görə mən illüziyaya qapılmaq istəməzdim. Hələ də cəmiyyətdə Delta var, hələ də hospitallar doludur, hələ də koviddən ölüm sayı yüksəkdir. Yüngül gedişat uşaqlarda və çox gənc insanlarda olur. Hələ həkimlərin əlində elə bir ciddi dəlil yoxdur ki, Omikrona yoluxan insan xəstəliyi yüngül keçirir, ölmür və ya post kovid sindromu olmur. İnsanlar real olaraq Omikrondan sonra da aylarla özlərini pis hiss edirlər, çox sistem xəstəlikləri baş qaldırır.
Omikron yuxarı tənəffüs yollarında çox qalır, orda yayılır, ağciyərləri az zədələyir, amma bu o demək deyil ki, o qan damar sistemi və sinir sistemi, beyini zədələmir.
Yenə də xəstəlikdən sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir. Fikrimcə, Omikron barədə arxayınlaşmaq və Omikronun özünü guya belə zəif göstərməsi tələdir. Və bu tələyə çox insanlar, hətta səhiyyə sistemi düşdü.
İnsanlar pandemiyadan yorulub, onları başqa problemlər daha çox narahat edir. Dövlətlər məcbur olaraq pandemiya qadağalarını yumşaltmalı və bunu qəbul edib yanaşı yaşamağı seçməlidir. Amma bu o demək deyil ki, buna görə Omikronun yüngül virus olduğunu səbəb gətirməliyik. Bu illüziyadır. Özümüzü aldatmağa dəyməz. Əksinə bu ziyanımızadır. Hər halda virus insandan daha ağıllıdır.
Hazırda bütün dünyada kovid statistikası, rəqəmlər əhəmiyyətini itirib. Çünki peyvənd olunub yoluxanlar var ki, sistemə düşməyiblər. Evlərdə ekspress test edib, xəstəliyini gizlədənlər var. Statistika hər gün elan olunur, lakin o dəqiq deyil və artıq mənası yoxdur. Hər şey bir birinə qarışıb. Hətta insan var ki, 3 ayda 2 dəfə virusa yoluxub .
Biologiyada belə bir  qanun yoxdur ki, mütləq pandemiya 3 il, 5 il davam etməlidir. Həmçinin sonuncu dalğa olmalıdır. Heç kim bilmir sonuncu dalğa hansıdır. Biz arzu edirik ki, Omikron sonuncu dalğa olsun. Amma 5 ilə gedəcəyəmiz yolu da 3 ilə başa vurmağa çalışmamalıyıq. Səs-küylü bəyanatlara ehtiyac yoxdur.
Mən deyə bilərəm ki, Omikron dalğasından sonra yaya doğru uzun müddətli böyük sakitçilik dövrü olacaq. Bu, virusun özünəməxsusluğudur. O dalğa kimi geri çəkilə bilər. Hamımız əl-ələ verib Omikrona yoluxacağıq və 4-6 ay qorunma müddəti qazanacağıq.
Amma təbiətdə bu virusun rezervuarı var, o heyvanlarda mutasiyaya uğrayıb yenidən insana keçə bilər. Kovid endemik olacaq, amma harda ağırlaşıb, harda yüngülləşəcəyini biz bilmirik". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1000   Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geymler 2026 geyim seçimi toy makiyajlari evim interyer heyvanlar qara qaragat doğuşdan sonra kosmetika sevda sekis xlor lekesi hakistalar qadin saglamlig