Ömrü 28 il qısaldan VƏRDİŞ TAPILDI
Alkoqoldan imtina etmək ömrü təxminən 30 il uzada bilər.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun alimləri bu nəticəyə gəliblər. Eksperimentin nəticələri "Express" qəzetində dərc edilib.
Araşdırmada mütəxəssislərin 20 ildir Danimarka, Finlandiya və İsveçdəki alkoqol asılılığı olan insanların ömrünü izlədikləri qeyd olunur. Spirtli içki qəbul edən insanların müxtəlif xəstəliklərdən ölüm nisbəti nəzərəçarpacaq dərəcədə yüksək olub. Orta hesabla onların ömür müddəti 28 il azalıb.
Həkimlər mütəmadi olaraq alkoqollu içkilərin bədənə mənfi təsirləri barədə xəbərdarlıq edirlər. Kiçik dozalarda olsa da, alkoqol xüsusilə xərçəng, demans, impotensiya və sonsuzluq riskini əhəmiyyətli dərəcədə artırır. Alkoqol ürək, beyin və qaraciyərin işinə də mənfi təsir göstərir.
Aytən Məftun









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin