Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırırŞirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir.
Milli.Az xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkilərin müntəzəm istifadəsi bağırsaqlara həddindən artıq fruktoza və sürətli karbohidratlar ötürür. Həkimin sözlərinə görə, fruktozanın bir hissəsi nazik bağırsaqda mənimsənilmir və birbaşa yoğun bağırsağa keçir.
O qeyd edib ki, bu proses bağırsaqda bakteriyaların balansını pozur:
"Yoğun bağırsağa düşən fruktoza bəzi bakteriyalar üçün əlverişli mühit yaradır, nəticədə isə bağırsaq hüceyrələrini qoruyan faydalı bakteriyaların sayı azalır".
Onkoloq qeyd edib ki, aparılan tədqiqatlar zamanı xroniki iltihabla əlaqəli bakteriya növlərinin artdığı, qoruyucu mexanizmləri dəstəkləyən mikroorqanizmlərin isə azaldığı müşahidə olunub. Sergey İvanov bu dəyişikliklərin uzunmüddətli dövrdə xərçəngin inkişafına zəmin yaradan zəncirvari prosesin bir hissəsi ola biləcəyini vurğulayıb.
Həkim mütəxəssislər tərəfindən qazlı, şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasının sağlamlıq baxımından vacib hesab edildiyini də əlavə edib.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1155   Tarix: 21 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi sevismeyin menasi ailə hamiləlik yay donlari qara qarağat kosmetika zəhmət insan sirin qogal aybawi bayatilar