Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən GİZLİ ƏLAMƏTLƏR

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən GİZLİ ƏLAMƏTLƏRÜmumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər 10 insandan 8-i dəmir çatışmazlığından əziyyət çəkir.
Dəmir çatışmazlığı çox ciddi pozulmadır. Dəmir insan həyatı üçün ən vacib maddə olan oksigenin orqanizm boyu daşınması prosesində iştirak edir və bu proses pozulduqda bütün orqan və sistemlər zərər görür.
Bir çox hallarda insanlar bilmir ki, onların orqanizmində bu vacib maddənin defisiti var. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, əksər hallarda dəmir defisitindən cavan və orta yaşlı qadınlar əziyət çəkir.  
Mütəxəssislər dəmir çatışmazlığına işarə edən gizli simptomları sadalayıb:
İnsan təbaşir, gil, buz, torpaq və s. kimi qeyri-adi "məhsulları" yemək istəyir
Əsəbilik, streslərə davamsızlıq, depressiyaya meyllilik, panika, əhvalın tez-tez dəyişilməsi, "kapriz"lik
Keçməyən yorğunluq
Nəfəsalmanın pozulması, təngənəfəslik, ürək döyünməsinin artması
Narahat ayaqlar sindromu
Baş ağrıları və başgicəllənməsi
Saç və dərinin quruluğu
Dırnaqların ovulması
Sizdə bu simptomlardan bir neçəsi varsa, həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçin.
Dəmir çatışmazlığı aşkar olunduqda həkim xüsusi müalicə təyin edə bilər. Əgər defisit çox deyilsə qidalanmada müəyyən dəyişikliklər etməklə bu defisiti aradan qaldırmaq mümkündür.
Qidalanmamızda dəmirin əsas mənbələri ət və qaraciyərdir. Heç bir tərəvəz, meyvə və həmçinin onların şirələri orqanizmə lazım olan miqdarda dəmir verə bilməz. Həmçinin bilmək lazımdır ki, C vitamini, mis və marqan dəmirin mənimsənilməsini yaxşılaşdırır, kalsium isə əksinə bu prosesə mane olur. Məhz bu səbəbdən mütəxəssislər ət yeməklərini qatıq, xama, ayranla birlikdə yeməyi tövsiyə etmirlər.   
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1074   Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar