Orqanizmi nikotindən təmizləyən 7 ən yaxşı üsul

Orqanizmi nikotindən təmizləyən 7 ən yaxşı üsulSiqaret çəkən insanlar öz sağlamlığına çox ciddi zərbə vurur.
Bunu bütün dünya həkimləri təsdiq edir. Bu pis vərdiş bir çox ağır pozulmaların inkişafına təkan verir. Belə ki, siqaret çəkmək ağ ciyər, dil, ağız boşluğu, udlaq xərçənginin ən əsas səbəblərindən biridir. Bundan əlavə bu vərdiş ürəyin işemik xəstəliyi, xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi, mədə xorası və bir çox digər ağır xəstəliklərin və pozulmaların səbəblərindən biridir. Bütün dünyada sağlamlığına dəyər verən insanlar siqaret çəkməkdən imtina edir.
Təəssüf ki, bir çox insanlar siqaret çəkməyin onların sağlamlığına mənfi təsirini sona qədər anlamır və bu vərdişdən imtina etmir. Əgər siz hər hansı səbəbə görə siqaret çəkməkdən imtina edə bilmirsinizsə, nikotinin və siqaretlərin tərkibində olan digər ziyanlı maddələrin orqanizmə olan mənfi təsirini bu üsullarla azaltmağa çalışın.
1. Siqaret çəkən insan tez-tez açıq havada gəzməlidir. Meşə, park ən yaxşı seşimdir.
2. Meyvə-tərəvəz və meyvə-tərəvəz şirələri orqanizmdə gedən mübadilə prosesləri sürətləndirir və zərərli maddələrin orqanizmdən daha tez çıxmasına kömək edir. Siqaret çəkən insanlara kök, sitrus meyvələri, banan, ağ turp, kahı, tut, avokado, moruq, albalı və onların şirələri xüsusilə xeyirlidir.
3. Süd məhsulları da orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir. Siqaret çəkən insanın qidalanmasında daim qatıq, kefir, kəsmik, yoqurt olmalıdır.
4. Bədən tərbiyəsi və idman orqanizmdə gedən mübadilə prosesləri sürətləndirir, qan dövranı yaxşılaşdırır, nəfəs yollarını selikdən azad etməyə kömək edir.
5. Hamam və sauna orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.
6. Bəzi xalq təbabəti vasitələri nəfəs yollarını selikdən təmizləməyə kömək edir. Bu selik siqaret çəkən insanlarda xroniki iltihab nəticəsində nəfəs yollarında toplanır və nəfəsalmanı pozur. Ən tanınmış bəlğəmgətirici otlar: gülxətmi kökü, biyan kökü, cirə. Hər bitkidən 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və gün ərzində kiçik qurtumlarla için.
7. Su orqanizmi istənilən ziyanlı maddələrdən təmizləyir. Gün ərzində 2 l təmiz su için.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2108   Tarix: 17 iyul 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

toy makiyajlari hamiləlik reseptler zirincin faydasi piroq reseptləri saglamliq haqqinda xatire islamin sekilleri kosmetika intim novruza aid hakista novruza aid hakisdalar novruz bayramına aid bakışta layla