Orqanizmi təmizləyən, arıqladan düyü pəhrizi - Qaynadılıb yeyilmə üsulu

Orqanizmi təmizləyən, arıqladan düyü pəhrizi - Qaynadılıb yeyilmə üsuluOrqanizmi təmizləməyin, artıq çəkidən xilas olmağın müxtəlif üsulları var və onlardan biri də yekcins pəhrizlərdir. Düyü pəhrizi də onların sırasına daxildir.
Medicina.az xəbər verir ki, pəhrizin üstün cəhəti ondan ibarətdir ki, hər kəs özünə uyğun forma seçə bilər. Düyü çox faydalı bitki və yarma hesab olunur və mütəmadi və qaydasında arıqlamaq istəyənlər üçün faydalı üsuldur. Onun orqanizmə göstərdiyi təmizləyici təsir nəticəsində duzlar, şlaklar və digər zərərli maddələr bədəndən xaric edilir.
Orta ölçülü 5 bankanın hər birinə 2 xörək qaşığı düyü əlavə edib üzərinə 1 stəkan təmiz su tökülür, 4 gün müddətində bankalardakı düyülərin suyu dəyişdirilir, beşinci gün artıq birinci bankada olan su süzülür, düyüsü isə bişirilmədən yeyilir. Boşalmış bankaya isə yenidən düyü və təmiz su tökülür.
Növbəti gün ikinci bankadakı düyülərin suyu süzülüb yeyilir, əvəzinə həmin bankaya su və 2 xörək qaşığı düyü tökülür. Bu qayda ilə prosedur iki həftə davam etdirilir və həmin pəhriz zamanı duz tamamilə rasiondan çıxarılır.
Düyü pəhrizinin digər bir forması zamanı düyü ilə yanaşı, dəniz məhsulları və ya sadəcə balıq qəbul edilir. Beş gün ərzində bütün yeməklərdən imtina edilir, əvəzində gündə bir boşqab düyü, bir boşqab isə balıq və ya hər hansı dəniz məhsulu yeyilir. Pəhriz zamanı yeməkləri qatmaq olmaz və qidalanma zamanı göyərtilərdən də istifadə etmək olar.
Pəhrizin digər bir sadə variantı bir həftə ərzində yalnız qaynadılmış düyü yeməkdən ibarətdir. Əlavə olaraq tərəvəz və göyərtilər də yeməyə icazə verilir, bir şərtlə ki, tərəvəzin miqdarı düyünün miqdarını keçməsin. Yaxşı olar ki, rasiondan ədviyyat, mayonez, duz və istiot çıxarılıb zeytun yağı və soya sousu ilə əvəz edilsin.
Düyü pəhrizi zamanı fiziki iş və idmanla az məşğul olmaq lazımdır. Əgər aclıq üstün gəlirsə, gün ərzində 3 ədəd alma yemək olar. Pəhriz zamanı yeyilən düyünün üstündən dərhal su içmək olmaz. Birhəftəlik pəhriz forması tətbiq edilən zaman sutka ərzində 1 stəkan düyü yeyilməlidir. Yeməyə 20 dəqiqə qalmış və ya yeməkdən saat yarım sonra maye qəbul edilməlidir. Pəhriz müddətində şəkərsiz yaşıl və ya qırmızı çay da içmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1428   Tarix: 15 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az