Orqanizmimiz niyə təkidlə şokolad istəyir? - Qəribə səbəblər

Orqanizmimiz niyə təkidlə şokolad istəyir? - Qəribə səbəblərNə qədər sağlam qidalanırsınızsa-qidalanın, bəzən xüsusi olaraq şokolad arzu edə bilərsiniz.
Publika.az xəbər verir ki, bu arzu insanı hətta böhrana belə sürükləyə bilər.
Bəs niyə orqanizmimiz təkidlə şokolad yeməyi arzu edir?
ABŞ-lı dietoloq və qida mütəxəssisi Loren Karni bu suala belə cavab verir: "Naharlar arasında fasilə çox olduqda qan şəkəri düşür və orqanizm enerjiyə ehtiyac duyur. Lakin bu vəziyyətdə şokolad yemək doğru seçim deyil. Sürətli şəkildə yüksələn enerji eyni sürətlə aşağı düşür və daha çox şokolad tələb olunur. Ən yaxşısı, naharlar arasında boşluq buraxmamaq, qan şəkərini balansda saxlayan yüksək lifə sahib qidalar yeməkdir".
Maqnezium çatışmazlığı
Şokolad maqneziumla zəngindir. Kiçik parçada 41 milliqram maqnezium var. Qadınların gün ərzində, orta hesabla, 320 qram maqnezium qəbul etməsi vacibdir. Bu durumda, təbii şokolada üstünlük vermək lazımdır. Çünki kakao çox bişdikdə maqnezium səviyyəsi aşağı düşür. Əzələ ağrısı, yuxusuzluq və qayğıların çoxluğu sizi yorursa, mütəxəssisə müraciət edib maqnezium səviyyənizi yoxlamalısınız.
Kəskin stress
Ağır iş gününün stressindən bol qəhvə sizi xilas edə bilmirsə, şokolada müraciət edə bilərsiniz. Stressli və qayğılı olduğumuzda bizə yaxşı təsir göstərən qidaları əlimizin altında saxlaya bilirik. Karni bu durumda şokolada üstünlük verməyimizi belə izah edir: "Karbohidrat dilimizə toxunanda dofamin hormonu istehsal olunur və beynimizin mükafat və zövqdən təsirlənən bölməsi oyanır. O an şokoladla hər şeyi unuduruq. Lakin bu qısa müddət çəkir. Sonra yenidən xoşbəxtlik axtarışına çıxırıq.
Vərdiş
Hər gün şokolad və şokoladlı qida qəbul edirsiniz? Belədirsə, bu, sizdə vərdişə çevrilib. Ehtiyacınız olduğu üçün yox, vərdiş etdiyiniz üçün şokolad yeyirsiniz.
Məlum dövr
Araşdırmalara görə, qadınların 50%-i mensturasiya dövrü yaxınlaşanda şokolad böhranı yaşayır. Bunun səbəbini açıqlayan heç bir bioloji reallıq olmasa da, ehtimal ki, bu dövrdə aşağı düşən enerji səviyyəsini qaldırmaq və bir az da xoşbəxtlik üçün şokolada müraciət olunur.
Şokoladın faydaları
Tərkibindəki kakao antioksidantla zəngindir. Araşdırmalar göstərir ki, şokolad xolesterolu aşağı salır və hafizəni təkmilləşdirir.
Lakin paket şəklində alınan şokoladlarda çox da fayda axtarmaq düzgün deyil. Çünki onların tərkibində şəkərin miqdarı çoxdur. Şokoladdan faydalanmaq üçün ən az 70% kakao tərkibli məhsula üstünlük vermək lazımdır.
Zümrüd /publika.az

Sağlamlıq     Baxılıb: 2708   Tarix: 02 dekabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri